Oval üz forması üçün möhtəşəm makiyaj ipucuları açıqlanıb.
"Sherg.az" "Hürriyet.com.tr"-yə istinadən xəbər verir ki, əslində hər bir qadın öz təbii gözəlliyi ilə cəlbedicidir. Ancaq bəzən makiyaj etmək qadınları olduğundan daha inamlı hiss etdirə bilir. Belə hallarda düzgün makiyaj etməyi seçsəniz, istədiyiniz kimi görünməmək mümkün deyil.
Oval üz tipinə sahibsinizsə, qeyd olunan tövsiyələrə mütləq əməl edin.
İlk növbədə, dodaqlarınızı vurğulayın. Yəni dodaqların daha çəkici olmasına çalışın. Amma həm dodaqlarınızı, həm də gözlərinizi eyni anda vurğulamaq istəyirsinizsə, bu, bir az şişirdilmiş görünə bilər. Odur ki, şam yeməyinə çıxdıqda dodaqlarınızı daha diqqətçəkici edin. Gözlərinizi çox da önə çıxarmayın. Eyni zamanda gözlərin parlaq görüntüsü üçün sadə dumanlı göz makiyajı və ya hətta bəzi göz layneri fəndlərindən yararlanmaq olar.
Bundan başqa, üst dodağa nisbətən alt dodağa daha çox qələm istifadə edin. Bunun səbəbi, alt dodağınızın bir az önə çıxması və rəngin daha qalıcı olmasıdır.
Çox ənlik istifadə etməkdən çəkinin. Ənlik rəngi üçün yumşaq çəhrayıları seçə bilərsiniz.
Qeyd edək ki, makiyajda rəng seçimi dəri tonundan asılıdır. Həmçinin oval üzlər üçün yumşaq rəngli göz kölgələri nəzərə alınmalıdır. Mavi, yaşıl, çəhrayı və ya sarı ola bilər.