DİQQƏT! - Uşaqlarda konyuktivit virusu yaranır... - Nə etməli? 

“Uşaqlarda yaranan göz çirklənməsinə diqqət etmək lazımdır” . 
Bunu “Sherg.az” a pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, gözdə yaranan problemlərə tək qrip yox, başqa infeksiyalar da səbəb ola bilir:
“İndiki halda “göz virusu” deyə bir virus mövcudd deyil. Bu daha çox qriplə əlaqəlidir. İnfluenza (qrip)  dediyimiz virusla yanaşı, başqa respirator virus infeksiyaları da mövcuddur. Bunlardan ən ağır hesab ediləni İnfluenziyadır. Günlərlə qızdırma, öskürək və baş ağrısı verir. 

Qalan mövsümi xəstəliklərə xas olan konyuktivit virusudur. Bu gözlərdə qızarma,yaşarma və çirklənmə yaradır. Həmçinin konyuktivit zamanı gözün selikli qişası qızarması, gözdən yaş axması, işıqdan qorxma, gözdən selikli-irinli ifrazatın axması, göz qapaqları kənarlarının şişməsi, kirpiklərin bir-birinə yapışması kimi əlamətlər qeyd edilir. Konyuktivit keçici xəstəlikdir. Ümumi məişət əşyaları, dəsmal, yataq dəsti və digər yollarla başqa insanlara da keçə bilər. Valideynlər uşaqlarda yaranan belə problemlərə diqqət etməlidirlər. Gözdə yaşanan ən xırda şikayəti belə ciddiyə almalı olduğlarını bilməlidirlər. Özləri müalicə etmək yerinə, həkimə müraciət etməlidirlər”.

Həkim sonda onuda qeyd edib ki, gözdə yaranan qızartı və qaşınma müalicə edilməzsə, ciddi problemlərə yol açar. Buna son dərəcə diqqətli yanaşmaq lazımdır. 

Qeyd edək ki, sosial mediada bəzi valideynlər uşaqlarının gözlərinin çirklənməsi barədə yazıblar.  Onlar bildirirlər ki, anidən övladlarının gözü çikləyib və bu, qarşısıalınmaz hala gəlib.
Şərqiyyə Nəbi