Çay orqanlara  necə təsir edir?

Hər gün qara çay içmək qan təzyiqini tarazlaşdırmağa kömək edir

Çay hər kəs üçün əvəzolunmaz içkidir. Bəs, hər gün çay içmək orqanizmə necə təsir edir? "Şərq" türk mediasına istinadən xəbər verir ki,  tərkibində A, D və B12 vitaminləri, həmçinin natrium və kalium olan çay içdikdə orqanizmimizə həm müsbət, həm də mənfi təsir edir.

1- Qan təzyiqini aşağı salır

  Hər gün qara çay içmək qan təzyiqini tarazlaşdırmağa kömək edir. Xüsusən də yüksək təzyiq şikayətləriniz varsa, nizamlı olaraq çay içərək dincələ bilərsiniz.

2 - Xolesterolu aşağı salır
  
  Yüksək xolesterol ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Hər üç nəfərdən biri yüksək xolesteroldan əziyyət çəkir və kişilər qadınlardan daha çox risk altındadır. Hər gün qara çay içdiyiniz zaman xolesterolunuzu aşağı sala və balanslaşdıra bilərsiniz.

3- Dişlərin çürüməsinin qarşısını alır

  Ağız sağlamlığı üçün çox faydalı olan çay dişlərdəki boşluqlara yerləşmiş bakteriyaları öldürə və kariyesin yaranmasının qarşısını ala bilər. Gündə 3 stəkan çay dişlərinizi çürüklərdən qoruya bilər.


4 - Diabet riskini azaldır

  Hər gün çay içmək 2-ci tip diabetə səbəb olan qan şəkəri balanssızlığından qoruyur. Təbii ki, çaya şəkər əlavə etməsəniz... Unutmayın ki, şəkərli diabet yarım milyard insanı əhatə edən çox yayılmış bir xəstəlikdir.

5 - Baş ağrısına səbəb ola bilər

  Hər şeyin artığı zərərlidir, təbii ki, bu qayda çaya da aiddir. Hər gün çox çay içmək miqren, baş ağrısı və əsəbiliyə səbəb ola bilər. Çayın tərkibindəki kofein miqdarı çox olduğundan, həddindən artıq istehlakdan qaçmaq lazımdır.

6 - Yuxu problemlərinə səbəb ola bilər
 
  Nahardan sonra bir və ya iki fincan çay həzmi dəstəkləyir və sağlam yatmağınıza kömək edə bilər. Digər tərəfdən, həddindən artıq çox içmək yuxuya getməyinizı əngəlləyər. Tərkibində yüksək kofein olduğu üçün çayın həddindən artıq istehlakı narahatlıq, stress səviyyələrini artıra və yuxu problemlərinə səbəb ola bilər.

Turan