Siqareti atmaq üçün ən uğurlu vaxt


Bir evdən digər evə köçmək siqareti atmaq üçün mükəmməl vaxtdır.


“Medicina” xəbər verir ki, Böyük Britaniyanın Bath Universitetinin alimləri müəyyən ediblər ki, insanlar həyatlarında böyük dəyişikliklərə məruz qalanda yeni ideyalara və məlumatlara daha açıq olurlar.

Yeni bir ev alarkən və ya bir işdən digərinə keçərkən, düşündüyümüz ən son şey başqa bir böyük həyat tərzi dəyişikliyi etməkdir. Lakin britaniyalı psixoloqlar müəyyən ediblər ki, bu qlobal dəyişikliklər pis vərdişlərdən qurtulmaq üçün fürsət pəncərəsi yaradır. Məsələn, siqareti tərgitmək.
Alimlər müəyyən ediblər ki, insanlar bəzi qlobal hadisələrdən və həyatlarında baş verən dəyişikliklərdən keçəndə yeni ideyalara və məlumatlara daha açıq olurlar.

Ancaq bu pəncərə cəmi üç ay davam edir, bundan sonra biz köhnə vərdişlərə o qədər möhkəm bağlanırıq ki, onları pozmaq mümkün olmayacaq. Bu nəticələr İngiltərə şəhərlərindən birində yaşayan 800 nəfərin tədqiqatı əsasında əldə edilib.

Bir insan, məsələn, şiddətli soyuqdəymə və ya qriplə xəstələndikdə, müvəqqəti olaraq siqareti dayandırır.

Ancaq həyatımızda, tədqiqat müəlliflərinin vurğuladığı kimi, bəzən daha əhəmiyyətli hadisələr baş verir və onlar həyatı yaxşılığa doğru dəyişdirmək, sağlamlığı gücləndirmək şansı verir.

Könüllülərin iştirakı ilə aparılan eksperimentlər məhz bunu göstərdi, onların yarısı son 6 ayda yaşayış yerini dəyişib, digər yarısı isə dəyişməyib. Birinci qrupdan olan insanlar siqareti buraxmaqda daha müvəffəq olublar.