Reanimasiyaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan jurnalist Səbuhi Məmmədlinin durumu ağır qiymətləndirilir.
Bu barədə "Sherg.az"a jurnalistin oğlu Ramal məlumat verib.
O bildirib: "Digər ayağının damarlarında yaranmış problemlə bağlı əməliyyat edildi. Sonra böyrəyi tab gətirmədi, koma vəziyyətinə düşürmüş kimi oldu. Hələ də reanimasiyadadır".
Xatırladaq ki, tanınmış jurnalist ötən ilin noyabrında əməliyyat edilib və bir ayağı amputasiya olub.