Siqaretdən daha xoş qoxu və dad variantları ilə buraxılan elektron siqaretlər zəhər yayır.
Elektron siqaret siqaret kimi zərərli məhsuldur, tütünün özündən istifadə etmədən soyuq buxar üsulu ilə nikotin və digər zərərli maddələri orqanizmə verir.
Elektron siqaretlərdə tütün əvəzinə soyuq buxar üsulu ilə buxarlanan və ağızdan ağciyərlərə çəkilən maye var. Bu maye adətən müxtəlif miqdarda maye nikotin, qliserin, ətirli maddələr və propilen qlikol ehtiva edir.
"Sherg.az" xəbər verir ki, mütəxəssislər tez-tez xüsusilə gənclərə elektron siqaretdən uzaq durmaq barədə xəbərdarlıq edirlər.
Dad itkisi, boğaz ağrısı və ağız quruluğu ilə başlayan elektron siqaretlərin təsiri sürətlə irəliləyə bilər.
Elektron siqaretin təsirindən yaranan nikotin asılılığı emosional pozğunluqlara səbəb ola və beynin öyrənməyə nəzarət edən hissələrinə zərər verə bilər.
Elektron siqaretlərin zərərli təsirlərindən biri də “popkorn xəstəliyi” kimi tanınan “bronxiolitis obliterans”dır. Elektron siqaretlərin tüstüsü ağciyərlərdə hava kisələrini qoruyan makrofaqların fəaliyyətini pozur.
Elmi araşdırmalara görə, elektron siqaretlər kişilərdə sperma sayının azalmasına səbəb ola bilər. Elektron siqaretdən istifadə edən insanlarda; koronar arteriya xəstəliyi, depressiya və infarkt ehtimalı daha yüksəkdir.
Mənbə: EnSonHaber