Avstraliyada aparılan araşdırma, maraqlı bir nəticəni ortaya çıxarıb. Günün çox hissəsini sərinləşdirilmiş mühitlərdə keçirən insanların həddindən artıq istiyə məruz qaldıqda digər insanlara nisbətən daha yüksək ölüm nisbətinə sahib olduğu müəyyən olunub.
Nəticələri "The Lancet Planet Health" jurnalında dərc edilən araşdırmada Avstraliyanın Şimal ərazisi əhalisinin ölüm nisbəti və infrastruktur obyektləri ilə yerli əhali arasında müqayisə aparılıb. .
Elm adamları 1980-2019-cu illər arasında ən azı üç gün ərzində 35 dərəcədən yuxarı olan isti dalğası zamanı 32.000 ölümü araşdırdılar.
Avstraliyanın yerli sakinlərinin kondisionerli mühitlərə çıxışı məhdud olsa da, istiliklə bağlı ölüm nisbətləri qonşularına nisbətən daha aşağıdır.
Tədqiqatçılar açıq ərazilərdə uzun müddət işləyən yerli əhalinin bölgənin isti havasına dözümlülük qazandığını bildiriblər.
Bölgəyə sonradan məskunlaşan insanların kondisionerli mühitdə müvəqqəti olaraq istilik dalğasından qoruna bildikləri, lakin bədənlərinin həssaslığının azalmasına imkan vermədiyi üçün həddindən artıq istidən ölüm hallarının daha yüksək olduğu müəyyən edilmişdir.
Tədqiqatçılar vurğuladılar ki, isti vaxtlarda soyutma sistemləri mütləq lazımdır, lakin isti havaya qısa müddətli məruz qalma insan fiziologiyasını yaşadıqları iqlimə hazırlayan təsirli bir üsuldur.