Araşdırmalar göstərir ki, mahnı oxumağın insan sağlamlığı üçün çoxlu faydaları var. Sherg.az türk mediasına istinadən mahnı oxumağın 6 faydasını təqdim edir:
Stressi azaldır
Yüksək səslə oxuduğunuz zaman stress səviyyəniz tədricən azalır və özünüzü rahat hiss edirsiniz.
Hormonlar ifraz edir
Oxumaq endorfin və oksitosinin sərbəst buraxılmasına kömək edir.
Yaddaşı gücləndirir
Oxuma zamanı siz melodiya və sözləri əzbərləyirsiniz, beləliklə də yaddaşınızı yaxşılaşdırırsınız.
Horlama üçün yaxşıdır
Müşahidə olunub ki, mütəmadi mahnı oxumaq xoruldama problemi olanlar üçün faydalıdır.
Əhval-ruhiyyəni yaxşılaşdırır
Ola bilsin ki, pis gün keçirmisiniz, amma oxumağa başlayan kimi əhvalınızda müsbət dəyişiklik hiss edəcəksiniz.
Əlaqə hissini artırır
Xüsusən də başqaları ilə birlikdə mahnı oxuduğunuz zaman aranızda olan bağ inkişaf edəcək və daha güclü bir əlaqə quracaqsınız.