Amputasiya zamanı ölüm halları: SƏBƏB? - Cərrahdan AÇIQLAMA

Zaman-zaman sonu ölümlə bitən əməliyyat xəbərlərini eşidirik. Səbəblər müxtəlifdir. Kimisi səhlənkarlığı həkimlərdə, kimisi də xəstənin gec müraciətində görür. 

Analoji hadisə Bakıda  özəl xəstəxanada yaşanıb. Qadın ayağının amputasiyası zamanı ölüb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat verib. 

Sözügedən məsələ ilə bağlı ümumi cərrah  Bəhruz Səlimov “Sherg.az”a açıqlamasında bildirib ki, amputasiya prosesi zamanı bir sıra göstərişlər verilir: 

“Qadının  həyatını xilas etmək üçün amputasiya ediblər.  Amputasiya olunan ayaqda təxmini 1-2 litr qan olur. İtirilən qanı bədənə qaytarmaq mümkün olmur. Ayağı çürüyən xəstənin böyrəyi, ürəyi, beyni nədəki gözünün damarları qaydasında olmur.  Çox güman ki,  həmin şəxs şəkərli diabet xəstəsi olub. Xəstənin həyatını xilas etmək üçün proseslər gedir, lakin içəridə olan xəstəliklər icazə vermir ki, həmin şəxslər yaşasın”. 

Cərrah qeyd edib ki, amputasiya stressli və ağır əməliyyatdır: 

“Hədəf nöqtə həkimin, cərrahın üzərinə yönəlir. Amputasiya kimi stressli əməliyyat ciddi göstərişlərlə olur.  Ayağında yüngül ağrısı olan şəxs amputasiya olmur.  Mütləq ki, xəstənin ayağında qanqrena gedib”.