18 yaşa qədər uşaqlar  internetdən gündə yalnız 2 saat istifadə edə biləcəklər

Çin hökuməti mobil cihazlardan və virtual oyunlardan uzun müddət istifadənin uşaqların inkişafına zərər verə biləcəyindən narahatdır. Odur ki, əvvəlki tədbirlərə yeni tədbirlər əlavə edərək uşaqlarda asılılıq yaradan davranışları aradan qaldırmağı hədəfləyir.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin Kiberməkan Administrasiyasının (CAC) yeni layihəsinə əsasən, bütün mobil cihazlar və proqramlarda yaş qruplarından asılı olaraq gündəlik ekran vaxtını gündə maksimum 2 saata məhdudlaşdıran "uşaq rejimi" olacaq. Layihə təsdiq olunarsa, cihazları bu rejimdə olanların istifadə etdiyi proqramlar müddəti bitdikdə avtomatik bağlanacaq.

Layihəyə əsasən, rejimdən istifadə zamanı gecə saat 22:00-dan səhər saat 06:00-a kimi yaşı 18-dən az olan heç kim ekrana daxil ola bilməyəcək. 8 yaşından kiçik uşaqlar telefonlarından gündə yalnız 40 dəqiqə istifadə edə biləcəklər, bu müddət 8-15 yaşlılar üçün 1 saat, 16-18 yaşlılar üçün isə gündə cəmi 2 saat olacaq. Bütün yaş qruplarına cihazlarından 30 dəqiqədən çox istifadə etdikdə dincəlmələri xatırladılacaq.

Ümumiyyətlə belə hesab edilir ki, uşaqların ekranda keçirdikləri vaxta bu şəkildə nəzarət etmək Çinli valideynlər üçün faydalıdır. Ailələr zaman məhdudiyyəti olmadan internetdə vaxt keçirən uşaqlarının göz sağlamlığını qoruya bilməyəcəklərini bildirirlər. Daha da əhəmiyyətlisi, uşaq rejimində məzmunun daha müsbət və sağlam olacağını düşünürlər. Bəzi ekspertlər miyopiyanın Çində milli sağlamlıq probleminə çevrilməsini günəş işığının qeyri-kafi olması və ekranın çox uzun olması ilə əlaqələndirirlər. Bu tənzimləmə valideynlərə uşaqlarına nəzarət etməkdə və ekran vaxtını məhdudlaşdırmaqda kömək edə bilər.

Çin dünyanın ən böyük internet istifadəçi şəbəkələrindən birinə malikdir. Ölkənin 1,4 milyard əhalisinin təxminən 1,07 milyardının internetə çıxışı var. Dekabr ayına olan məlumata görə, bu istifadəçilərin beşdə biri 19 yaşdan kiçikdir.

Alınacaq bu yeni tədbirlər, tənzimləmələri həyata keçirməkdən məsul olan texnologiya şirkətlərinin çətin bir dövrə girəcəyindən xəbər verir. Yeni qaydalar elan edildikdən sonra ölkənin aparıcı internet şirkətlərinin səhmləri kəskin ucuzlaşıb.

İki il əvvəl Çin yaşı 18-dən aşağı olan onlayn oyunçulara həftə içi oyun oynamağı qadağan etdi və həftə sonları yalnız üç saat oynamağa icazə verib.