24 saat ac qalanda bədəndə nələr baş verir?
13:02 17.08.2025
Sağlamlıq
504
Son illərdə populyarlaşan aralıqlı orucun (intermittent fasting) faydaları arasında arıqlama və xolesterin dəyərlərinin yaxşılaşması göstərilir.
Sherg.az xəbər verir ki, adətən 16 saat ac qalmaq tövsiyə olunsa da, bəzi insanlar bu müddəti 24 saata qədər uzadır.
Araşdırmalara görə:
İlk 4 saatda həzm dayanır, insulin azalır, bədən depolanan şəkəri enerji üçün istifadə etməyə başlayır.
8-ci saatda qaraciyərdəki qlikogen sərf olunur.
12-ci saatda “mini-ketoz” mərhələsi başlayır, yağlar enerji mənbəyinə çevrilir.
13-cü saatdan sonra “autofagiya” prosesi işə düşür: orqanizm zədələnmiş hüceyrələri təmizləyib yeniləyir.
24 saatın sonunda bədən “dərin təmir” moduna keçir, iltihab azalır, insulin həssaslığı artır.
Lakin mütəxəssislər xəbərdarlıq edir ki, uzun müddət ac qalmaq hər kəs üçün uyğun deyil. Çünki ketonların artması ketoasidoz kimi təhlükəli vəziyyətə səbəb ola bilər, həmçinin həddindən artıq autofagiya hüceyrə ölümü və orqan zədələnməsi riski daşıyır.
Son elmi araşdırmalar isə göstərib ki, aralıqlı oruc klassik kalori məhdudiyyətinə əsaslanan pəhrizlərdən daha üstün nəticə vermir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya