Ziyillərdən qurtulmağın həlli: Duzla qarışdırıb çəksəniz, yox olur

Dəridə görünən ziyillərin xoşagəlməz görünüşünü aradan qaldırmaq üçün İbn Sina min il əvvəl yazdığı kitabında məsləhətlər verir.
HPV adlı virusun yaratdığı ziyillər dərinin üst qatında görünür. Dəridə bu xoşxassəli lezyonların görünüşü narahat ola bilər.

Sherg.az xəbər verir ki, İbn Sinanın min il əvvəl verdiyi nəsihət bu gün də istifadə olunur. Hər cür xəstəlik üçün fərqli bir təklifi olan İbn Sina ziyillərin müalicəsi üçün soğan suyu və duzu tövsiyə edib. Əla antioksidant mənbəyi olan soğan suyu ziyilləri kökündən quruda bilər.

Bədənin hər hansı bir yerində görünə bilən ziyillər immunitet sistemi zəiflədikdə yaranır. Bu narahatedici görünüşdən xilas olmaq üçün İbn Sinanın təklif etdiyi soğan suyu və duz qarışığını ziyillər üzərində sınaya bilərsiniz.

Laktik və salsilik turşu müalicəsi ümumiyyətlə geniş ərazilərə yayılan ziyillər üçün tövsiyə olunur. Bu üsul sayəsində ziyillərin daha da böyüməsinin qarşısı alınır. Bununla belə, ziyilləri aradan qaldırmaq üçün müxtəlif alternativlər var.

İlk öncə xatırladaq ki, ziyillərin bir virus növü kimi yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına ciddi diqqət yetirilməlidir. Xüsusilə üzdə yaranan ziyillərin xarici mühitə keçməsi mümkündür.


Ziyillərdən dərhal xilas olmaq üçün sarımsaq-limon qarışığını sınaya bilərsiniz. Sarımsaq və limon turşusunun antimikrobiyal təsiri birləşdirildikdə təsirli dərman əmələ gəlir. Təbii qarışığı ziyillər yox olana qədər hər gün tətbiq etsəniz, heç bir ləkə və çapıq olmadan yox olduğunu görərsiniz.

Sarımsaq və limon kimi antiviral xüsusiyyətlərə malik başqa bir qarışıq kokos suyu və sodadan ibarətdir. Bu iki inqrediyenti kremli konsistensiyaya çatana qədər qarışdırın. Sonra ziyil üzərinə 5 dəqiqə masaj edərək tətbiq edin. 30 dəqiqə gözlədikdən sonra yuya bilərsiniz.

Bu təbii üsullar sayəsində ziyilləri bir gündə olmasa da, zamanla qurutmaq mümkündür.