Yalnız sağlam insan özünü xöşbəxt hiss edə bilər. Sağlamlığı qocalığa kimi saxlamaq mümkündür. Həkimlər daim təkrar edir ki, insan orqanizmi çox davamlıdır və müəyyən qaydalara əməl etdikdə sağlamlığı ahıl yaşlara kimi qoruyub saxlamaq mümkündür. Bu qaydalar arasına sağlam qidalanmaq da daxildir.
Təqdim edəcəyimiz bu üç içki qadınlar üçün çox faydalıdır.
"Sherg.az" "Sağlamolun.az"-a istinadən içkiləri təqdim edir:
Limonlu isti su - artıq çəkidən qurtulmağa, orqanizmdən toksinləri çıxarmağa, immuniteti, dərinin vəziyyətini və həzmi yaxşılaşdırmağa kömək edir.
Moruq yarpaqlarından çay - dişi reproduktiv sistemini tənzimləyir. Uşaqlıq yolunu gücləndirir, menstruasiya, doğuş və menopozu asanlaşdırır.
Bir xörək qaşığı moruq yarpaqlarını (onları quruda bilərsiniz) 200 ml qaynar su ilə dəmləyin.
Sarıköklü süd - Ayurvedada ən məşhur reseptlərdən biridir. Onu "qızıl süd" də adlandırırlar.
Bu içki bütün hormonları tarazlaşdırır, immunitet sistemini gücləndirir, həzmi yaxşılaşdırır, soyuqdəyməni müalicə edir.
200 ml isti süd, ½ çay qaşığı sarıkök, yaxşı dad üçün üçün bal əlavə edə bilərsiniz.