Elmi araşdırmalar bütün bu anların insan beyninin hansısa bir hissəsində ilişib qaldığı mülahizəsini irəli sürür
Alimlər insanın 3-4 yaşından öncəsini çox da xatırlamadığı fikrindədir. Belədirsə, 4 yaşına qədər yaşadıqlarımız harada gizlənib? O xatirələri necə tapa bilərik? “Sherg.az” “tr.mashable.com”a istinadən bildirir ki, alimlərin “itkin körpəlik dövrü” adlandırğı yaş dövrü ilə bağlı maraqlı mülahizələri var. Məsələn, insan ilk yeməyini xatırlaya bilmir. Anasının və ya atasının onu ilk dəfə nə zaman qucaqladığını da xatırlamır. Lakin elmi araşdırmalar bütün bu anların insan beyninin hansısa bir hissəsində ilişib qaldığı mülahizəsini irəli sürür. Yenə də siçanlar üzərində aparılan tədqiqat ananın immun sisteminin ən erkən vərdişlərə bağlı anlarla əlaqəli olduğunu ortaya çıxarıb. Tədqiqatlar bəzi insanların körpə yaşlarında yaşadıqları hadisələri dəqiqliklə xatırladığını göstərir. Bu cür insanlar varsa, deməli, beynin hansısa hissəsində o xatirlərin qorunma yeri də vardır. O zaman niyə bəzi insanlar daha çox şey xatırlayır, bəzilərininsə xatirələri kasaddır? Dublinin Trinity kollecindən neyroloq alim Tomas Ryan “infantil amnezi insanlarda və məməlilərdə unutmanın ən yayğın şəklidir”, söyləyib və əlavə edib ki, lakin buna səbəb ola biləcək bioloji səbəblər haqqında hələ ki az bilgilərə sahibik. Körpə yaşlarında unutqanlıq həyatın qaçılmaz bir gerçəyidir. Bunu qəbul edirik və əhəmiyyət vermirik. Alim hesab edir ki, insanın yaddaşında qalanlar hadisənin onun sinir sistemində buraxdığı izin nə dərəcədə güclü olmasıyla əlaqəlidir. Hansı hadisələr ki insanın soinir sisteminə güclü təsir edib, onu təsirləndirib, insan həmin hadisələri unutmur. İnsanın zehni avtobioqrafiyası – yaddaşın formalaşması doğuşdan 2 və 3-cü gün sonra başlayır. İnsan beyni getdikcə hadisələri yaddaşda saxlayan bir kitabxanaya bənzəyir. Bəzi insanlarda bu kitabxana çox yaxşı qorunur, bəzilərində isə yaxşı mühafizə edilmir. Xatirələr də buna bağlıdır. Yaxşı nühafizə olunan beyin xatirələri də mühafizə edir.