Yaponiyanın Saqa əyalətinin Kaşima şəhərindəki fermada çoxlu sayda ev quşunun ölü tapılmasından sonra aparılan sınaqlarda quş qripinin yüksək yoluxucu H5 mutasiyası aşkar edilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, əyalət hökuməti tədbir olaraq 40 min ev quşunun məhv ediləcəyini açıqla
yıb və epidemiyanın baş verdiyi fermanın ətrafı məhdud hərəkət sahəsi elan edilib.
Ötən il oktyabrın 28-də quş qripinə ilk yoluxma faktının təsdiqləndiyi Yaponiyada epidemiya ölkənin 26 əyalətinə yayılıb. Rekord sayda - 17 milyon quşun kəsilməsi səbəbindən yumurta tədarükü azalıb və yumurtanın qiyməti artıb.