Almaniyanın BioNTech biotexnologiya şirkətinin həmtəsisçisi və baş direktoru prof. Dr. Uğur Şahin, ilk mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözlədiklərini söyləyib.
Sherg.az xəbər verir ki, Alman "Bild am Sonntag" qəzetinə danışan Şahin, "İlk mRNA əsaslı xərçəng peyvəndlərimizin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözləyirik. Həmçinin 2025-2029-cu illərdə digər terapevtik yanaşmalar üçün sınaq məlumatlarının olmasını planlaşdırırıq" deyə bildirib.
Məqsədlərinin hər bir xəstəyə xas xərçəng peyvəndi hazırlamaq olduğunu vurğulayan Şahin, daha sonra bunları deyib: “Bunun üçün hər bir xəstənin xərçəng xüsusiyyətlərini təhlil edirik və immun sisteminin mümkün qədər çox şiş hüceyrəsini tanıyıb məhv etməsini istəyirik..."
Digər bir ümid qaynağının antikor-dərman konjuqatları (ADC) olduğuna diqqət çəkən Şahin, "ADC-lər kimyaterapiya daşıyan anticisimlərdir. Onlar qanda dolaşır, şişə çatır və oradakı kimyaterapiyanı hədəflənmiş şəkildə buraxırlar. bu müalicə iştirakçıların əhəmiyyətli bir hissəsində şişi çox tez kiçildə bilməsidir." "Əminəm ki, bir neçə il ərzində bir çox xərçəng hadisələrində klassik kimyaterapiya əvəzinə məqsədyönlü kimyaterapiya kimi daha çox ADC istifadə olunacaq" deyə vurğulayıb.