Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi müəyyən edilib.
APA xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı qərar verib.
Qərara əsasən, Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilib:
- dərman vasitəsinin latın qrafikasında əmtəə nişanı adı;
- dərman vasitəsinin ingilis dilində beynəlxalq patentləşdirilməmiş adı;
- dərman vasitəsinin təsiredici maddəsinin dozası;
- dərman vasitəsinin farmasevtik forması;
- dərman vasitəsinin ticarət qablaşdırılması;
- dərman vasitəsinin qablaşdırılma miqdarı;
- dərman vasitəsinin orijinal və ya generik olması;
- dərman vasitəsinin reseptlə və ya reseptsiz buraxılması;
- dərman vasitəsinin qlobal identifikasiya nömrəsi (olduğu halda);
- dərman vasitəsinin dövlət reyestrinə daxil edildiyi tarix və
reyestr nömrəsi (olduğu halda);
- dərman vasitəsinin istehsal həcmi;
- dərman vasitəsinin yararlılıq müddəti;
- dərman vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
- dərman vasitəsinin istehsalçısının VÖEN-i.
Azərbaycan Respublikasında istehsal olunan dərman maddələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilib:
- dərman maddəsinin beynəlxalq patentləşdirilməmiş adı;
- dərman maddəsinin qablaşdırılması;
- dərman maddəsinin yararlılıq müddəti;
- dərman maddəsinin istehsal həcmi;
- dərman maddəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
- dərman maddəsinin istehsalçısının VÖEN-i.
Azərbaycan Respublikasında istehsal olunan tibb vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilib:
- tibb vasitəsinin əmtəə nişanının adı;
- tibb vasitəsinin risk dərəcəsi;
- tibb vasitəsinin növü və qablaşdırılması;
- tibb vasitəsinin istifadə forması;
- tibb vasitəsinin tərkibində dərman vasitəsi olduqda bu dərman vasitəsinin təsiredici maddəsi və dozası barədə məlumatlar;
- tibb vasitəsinin yararlılıq müddəti;
- tibb vasitəsinin istehsal həcmi;
- tibb vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
- tibb vasitəsinin istehsalçısının VÖEN-i.