Əllərdəki çatlardan necə qurtulmalı?

Soyuq havalarda əllərimiz təbii nəmini və yağını itirərək qurumağa başlaya bilər. Bu quruluq da əllərdə çatlara səbəb olur. Soyuq havada tez-tez çatlamış əllərimiz ağrımağa başlayır. Bu narahatçılıqdan xilas olmaq üçün əllərə qulluq kremlərindən istifadə etmək çox vaxt müvəqqəti həll yoludur. 
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, əllərindəki quruluq və çatlamalara qarşı qəti həll istəyənlər təbii üsullara müraciət etməlidir.
Təbiətin təqdim etdiyi möcüzəvi qidalardan yararlanaraq qısa müddətdə əllərinizdə olan quruluq və çatlardan xilas ola bilərsiniz. Əllərimizə təbii nəmliyi qaytaran təbii qidalar quruluqdan qalıcı şəkildə xilas edir.

 Əllərdəki quruluğu aradan qaldıran təbii üsullar bunlardır:

1.Aloe: Dəriyə qulluqda tez-tez istifadə edilən təbii məhsul olan aloe vera, tərkibindəki gel ilə dərimizdə kollagen istehsalını dəstəkləyir və dərini ehtiyac duyduğu təbii nəmlə təmin edir. Quru və qıcıqlanmış dərini  nəmləndirməyə kömək edən aloe vera istifadə edərək dərini quruluqdan xilas etmək üçün etməli olduğunuz şey olduqca sadədir. Əllərinizə nazik bir təbəqə aloe vera geli çəkin və bir neçə dəqiqə masaj edin. Jeli əllərinizdə 15 dəqiqə saxlayın və daha sonra isti su ilə yuyun.

2.Limon suyu: Limon suyu əllərə təbii nəmlik təmin etməklə yanaşı, həm də təmizləyici və ləkə çıxaran xüsusiyyətlərə malikdir. Əllərdəki ləkələrin rəngini açan limon suyu təbii nəmliyi də geri qaytarmağa kömək edir. Limon suyu ilə quruluğu aradan qaldırmaq üçün kiçik bir qabda 1 çay qaşığı soda, 1 çay qaşığı bal və yarım limonun suyunu qarışdırın. Bu qarışığı krem ​​kimi əllərinizə çəkin və 1 dəqiqə masaj edin. Əldə olunmuş qarışığı əlinizdə 5 dəqiqə saxlayın. Bundan sonra əllərinizi isti su ilə yuyun.


3.Banan: Yetişmiş banan quru dərini nəmləndirir. Quru dəridən xilas olmaq üçün kiçik bir bananı əzmək kifayətdir. Əzilmiş bananı əllərinizə çəkin və 30 dəqiqə gözləyin. Gözləmənin sonunda əllərinizi ilıq su ilə yaxalaya bilərsiniz. Bu üsulu gündə bir dəfə təkrarlamaq kifayətdir.

4.Yulaf əzməsi: Yulaf quru, sərt və kobud əlləri yumşaldan qidadır. Yulaf ezmesi istifadə edərək hazırlanmış təbii qarışıq dərinin təbii nəmini qaytarmağa kömək edir. Bu  xəmir konsistensiyasını əldə etmək üçün 1 çay qaşığı bal, az miqdarda ilıq su və 2 xörək qaşığı yulaf ezmesi qarışdırılır. Yaranan qarışığı masaj edərək əllərinizə çəkin və 15 dəqiqə gözləyin. Gözləmənin sonunda əllərinizi ilıq su ilə yaxalaya bilərsiniz.

Mənbə: Haber Global