Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) I kurs magistr tələbəsi vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Məlumata görə, Mətləb Xankişiyev 21 yaşında qəfil ürəktutmasından vəfat edib.
Son vaxtlar daha çox gənclərin qəfil ürək tutmasından öldüyünün şahidi oluruq. Səbəb nədir?
Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az"a deyib ki, hər bir ani baş verən ölümlərin səbəbi araşdırılmalıdır:
"Bunun üçün ölmüş şəxs tibbi ekspertizadan keçirilməlidir. Ancaq bizim ölkədə ölən adamı təşhiz etməyə, el arasında desək, yarmağa qoymurlar. Ancaq bu təşkil olunmadan dioqnoz qoymaq çətindir. Ona görə də hadisə haqqında birmənalı fikir bildirmək düzgün deyil. Dünyanın hər yerindəki insanlarda qəfləti ürək tutmaları baş verir. Bu ürəyin elektrik dayanması, parkinson sindromu kimi çoxsaylı səbəblərdən ola bilər. Bəzi adamlarda praroksizmal taxikardiyaların hər biri sonda belə ani ölümlərə gətirib çıxara bilir. Çoxsaylı xəstələrdə miqrasiyaedici trombofilidit olur. Ölüm bu səbəbdən də baş verə bilər".