Günümüzdə ürək-damar xəstəlikləri ölkədəki ən geniş yayılan xəstəliklərdən biridir.
Maraqlıdır, səbəb nədir? Ürək problemlerinin yaranmasında genetik faktor var?
Məsələ ilə bağlı danışan kardioloq Vüqar Azadov "Sherg.az"a söyləyib ki, dünyada ürək xəstəliklərinə yoluxma cavanlaşıb:
"Yəni, öncəki illərin əksinə, bu xəstəlik təkcə yaşlı insanları deyil, gəncləri də hədəf alır. Bunun da səbəbi yediyimiz qidalar, passiv həyat tərzi, irsi faktor, stress, zərərli vərdişlər, gənclər arasında çox istifadə edilən enerji içkiləri və fastfudlardır. Bütün xəstəliklərinin profilaktikasında düzgün qidalanma başlıca meyarlardan biridir. Eyni zamanda, qida rasionu da bizdə sağlam qidalanma çərçivəsində deyil. Həmçinin, əhalimiz yağlı, duzlu yeməyi sevir. Bu isə ürək-damar xəstəliklərinin əmələ gəlməsinə şərait yaradır. Bəziləri ürək xəstəliklərinin simptomlarını hiss etmirlər. Məsələn, şəkər xəstəliyindən dolayı sinir ucları zədələnir və onlar ürək ağrılarını hiss etmirlər. Belə xəstələrdə şiddətli infarkt da gizli şəkildə gedə bilir.