Günəş ləkələrini yox edəcək: Hər gecə bunu edin

Yayda xanımların ən böyük problemlərindən biri dəridə əmələ gələn günəş ləkələridir. Dəridə boz-qara ləkələr əmələ gəlməsin deyə, xanımlar açıq havaya çıxdıqda günəş kremlərindən istifadə edir. Lakin günəş kremləri heç də hər zaman effektiv olmur. Kremlərdən istifadəyə baxmayaraq günəş şüaları yenə də dərini yandırır və arzuolunmaz iz qoyur.  Günəş kremləri ucuz deyil. Üstəlik gün ərzində 2 saatdan bir yenidən çəkilməlidir. Bu isə kremlərin davamlı alınmasını tələb edir. Dermotoloji mütəxəssisləri xanımlara tamamilə təbii, ucuz başa gələn, həm də çox faydalı vasitə tövsiyə edib. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, dərinin yanmasına və ləkələrə qarşı ən doğru seçim alma sirkəsindən istifadədir. Alma sirkəsi qədim zamanlardan özünə və dərisinə qulluq etməyi sevən xanımların olmazsa-olmazı sayılıb. Alma sirkəsi həm təbii, həm də faydalı olması baxımından bu gün də dəri üçün ən effektiv kosmetik vasitəsi hesab edilir. Alma sirkəsindən  mütəmadi olaraq istifadə etdikdə dəridəki problemləri aradan qaldırır, dəri yumşaq, parlaq, elastik olur, ləkələri aparır, dərinin qırışmasının qarşısını alır. Alma sirkəsi günəş ləkələrinə qarşı da güclü vasitədir. Bu vasitədən istifadə etdikdə dərinin cavanlaşması ona görə baş verir ki, alma sirkəsi dəridəki ölü hüceyrələri silib aparır, hüceyrələri yenilənir. Bu, əsl “Peeling” effektidir. Nəticədə yenilənmiş, parlaq dəriyə sahib olursunuz. Alma sirkəsi dəridəki sivilçələrə, qızartılara qarşı da effektiv vasitədir. Dəridəki zərərli bakteriyaları yox edir, iltihab əleyhinə təsir göstərir. Alma sirkəsindən istifadə etmək üçün onu mütləq su ilə qarışdırmaq lazımdır. Alma sirkəsini birbaşa dəriyə sürtmək olmaz. Bu, əksinə, dərini qurudar. Bir miqdar alma sirkəsi su ilə qarışdırılmalıdır. Elə bir miqdarda ki suda yumşaqlıq hiss ediləcək dərəcədə olsun. 1 xörək qaşığı alma sirkəsini 1 litr suya tökmək, sonar isə əllə yoxlamaq lazımdır. Əgər suda yumşaqlıq hiss edilirsə, barmaqlar suda sürüşkəndirsə, deməli məhlul alınıb. Bu məhlulu hər gecə yatmazdan əvvəl üzün dərisinə çəkmək lazımdır. Ancaq sirkəli su dəriyə çəkilmədən öndə üz yuyulmalı, təmiz olmalıdır. Sirkəli suyu üzünüzə çəkib yatın. Səhər oyandıqda adi su ilə durulayın. Sirkəli su təbii antioksidan təsiri göstərərək dərini yumlaşdacaq və cavanlaşdıracaq. Ləkələrdən də əsər-əlamət qalmayacaq.  Bu vasitədən bir neçə gün, müntəzəm istifaə etmək məsləhətdir.