Qısa boylu, xəstə və şişman: Uşaqların halı qorxuncdur


Fast-food, kartof-fri, Cola içkisi… Hər gün qarşısında bu qidalar olan neçə uşaqla rastlaşırıq?  Kafe, restoranların önündən keçəndə içəri boylanmağımız yetərlidir ki, hər 2 masadan birinin arxasında azyaşlıların əyləşdiyini də görək. Hətta tanıdığımız, məşhur şəxslər, həm də ziyalı sayılacaq şəxslər də övladlarının MacDonalds şəbəkəsi restoranlarında, “mall”lardakı, əyləncə mərkəzlərindəki kafelərdə balalarına təşkil etdikləri “ziyafət süfrələri”nin fotolarını, videolarını paylaşırlar.  Bunlar o insanlardıq ki digərlərinin geridəqalmışlığından, bisavadlığından gileylənirlər. Amma özləri n ziyanlı hesab edilən qidaları balalarına təqdim edir. Balalar da şişmanlıqları ilə seçilirlər. Uşaq, necə deyərlər, “ətli-qanlı” olsa yaxşıdı, amma yaşa görə aşırı köklük, xəstəlikdir artıq. İngiltərədə aparılan bir araşdırma  azyaşlıların qidalanmasıyla bağlı mövcud durumu ortaya qoyub. Nəticələr üzücüdür. Böyük Britaniyanın Qida Vəqfinin təqdim etdiyi hesabat real mənzərəni üzə çıxarır. Hesabata görə, Böyük Britaniyada uşaqların böyük qismi qısa boylu, xəstə və şişmandır.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, hesabatda ingilis uşaqların bu duruma düşməsinin basilica səbəbi yetərsiz və keyfiyyətsiz qidalanma göstərilir. Bu səbəbdən də uşaqlar sağlam böyümür, boy artımı düzgün inkişaf etmir, köklük, şişmanlıq – obezite xəstəliyi yaranır. 

Hesabata görə, 2013-ci ildən etibarən doğulan körpələrdə boylarının qısalığı müşahidə edilir, uşaqların boyu əvvəlki illərə nisbətən daha qısadır. 10-11 yaşlı uşaqlarda  köklük 30 faiz, son 5 ildə II  tip şəkərli diabet xəstəliyi 22 faiz artıb. Bu da yanlış qidalanma ilə birbaşa əlaqəlidir. Uşaqların qidalanmasında yüksək kalori var, lakin vitamin, minerallar, liflər, yağ və protein yoxdur. Qidalar əsasən təkrar emal edilmiş, şəkərli və duzludur.

 Hesabatda qeyd edilib: “Qida sənayesi “tezbazar”, “küçə yeməkləri”i istehsal edir və onu reklam edir. Bu isə uşaqlarımızın sağlam qidalanmasına mane olur, sağlamlıqlarına zərər vurur. İngiltərədə 5 yaşlı uşaqların boyu 2013-cü ildən bəri normal ölçüdə artmayıb, biz uşaqların boyunun getdikcə qısaldığını görürük. İbtidai sinfi bitirən 5 uşaqdan 2-də obezite – köklük xəstəliyi müəyyən edilib. Bu, bizim son illərdə qarşılaşdığımız ən ciddi problemdir”. 

Yəqin bizim ölkədə də uşaqların sağlamlığı ilə bağlı belə bir tədqiqat aparılsa, nəticələr heç də ürəkaçan olmayacaq.