Dünyanın ən pis qoxulu bitkisi həm də “Meyit çiçəyi” kimi tanınır!

 Hündürlüyü 3 metrdir və 48 saat canlı qala bilir

Dünyanın ən pis qoxulu çiçəyi -  "meyit çiçəyi" kimi də tanınan Titan arum və kimyəvi qoxulu aristolochia goldiena ilk dəfə Londondakı Kew Gardens Kral Nəbatat bağında ilk dəfə eyni vaxtda çiçək açıb.

Sherg.az xəbər verir ki, Nəbatat bağından verilən açıqlamaya görə, Aristolochia goldiena botanika bağında tarixində üçüncü dəfə çiçək açıb.

Açıqlamada 3 metr hündürlükdə və təxminən 48 saat yaşayan Aristolochia goldienanın ilk çiçəyinin 1990-cı ildə, ikincisinin isə 2023-cü ildə çiçək açdığı, qoxusunun kimyəvi maddələrə bənzədiyi bildirilib.


Aristolochia goldiena kimi pis qoxulu titan arumun da təəccüblü şəkildə çiçək açıb.

Açıqlamada 1889-cu ildən botanika bağında olan çiçəyin ilk dəfə 1926-cı ildə çiçək açdığı qeyd edilib, bu dövrdə yaşanan sıx maraq səbəbilə polisin kütləyə müdaxilə etdiyi də xatırladılıb.

Çürük ət qoxusu verdiyinə "meyit çiçəyi" və "dünyanın ən pis qoxulu çiçəyi" adı verilən titan arumun sonuncu dəfə 2021-ci ildə çiçək açdığına dair məlumatlar da yer alıb.


Təxminən 12 ildə ilk çiçəyini açacaq qədər enerji topladığı bildirilən titan arumun, keçən həftə açan digər titan arum ilə birlikdə 5 ildən az müddətdə ilk dəfə iki dəfə çiçək açdığı ifadə edilib.

Həmçinin Titan arum və Aristolochia goldienanın ilk dəfə eyni vaxtda çiçək açdığı, iki bitkinin tozcuqları özünə çəkmək üçün pis qoxu yaydığı qeyd edilib.

Həmçinin vurğulanıb ki, sözügedən güllərin çiçəklənməsinə kömək etmək üçün Kew Gardens əməkdaşları iki çiçəyin tozcuqlarını əl ilə toplayıb, dondurub sonrakı illərdə çiçəklərə köçürüblər.