Yataq otağınızı sərinləyin! Yayda yaxşı yuxu üçün 6 məsləhət


Havalar isindikcə yatmaq çox çətinləşib. Yayın isti gecələrində yuxu keyfiyyətinizi yaxşılaşdırmaq üçün bədən istiliyinizi tarazlaşdırmaq lazımdır. 

Sherg.az isti havada yaxşı yuxu üçün mütəxəssislərin tövsiyələrini təqdim edir...

“Independent Turkish”in xəbərinə görə, mütəxəssislər temperaturun artması ilə yuxu rejiminin pozulmasının qarşısını almaq üçün məsləhətlər veriblər.

Pensilvaniya Universitetindən Filip Qerman bildirib ki, otaq temperaturunu , müxtəlif ventilyatorlar və kondisionerlərlə yaxşı tənzimləməklə dərin yuxuya getmək olar.

"Sərin yataq otağında daha dərin və sağlam yata bilərsiniz" deyiri German.

Şimal-Qərb Universitetinə bağlı Northwestern Medicine xəstəxanasından Justin Fiala, otaqlardakı hava axınının yuxu keyfiyyəti üçün vacib olduğunu bildirib.

Justin Fiala, həddindən artıq istidə çox tərləyən insanların itirdikləri mayeni kompensasiya etmələrinin vacib olduğunu ifadə edib.

Fiala deyib ki, hər kəs çarpayısının yanında bir şüşə su saxlamalıdır.

Mütəxəssislər yüngül və nazik materiallardan hazırlanmış çarşaf və yay yorğanlarının bədən istiliyinin tənzimlənməsi üçün vacib olduğuna diqqət çəkiblər.
Soyuq su ilə duş almaq bədən istiliyini azaltmaqda faydalı olsa da, yuxu keyfiyyətinə birbaşa təsir göstərməyə bilər.

Fiala, yatmazdan əvvəl soyuq suyun bədəndə şok effekti yarada biləcəyini və dərin yuxuya getməyi çətinləşdirə biləcəyini ifadə edir.
Qaranlıq pərdələr kimi variantlarla gün ərzində yataq otağına çox işığın daxil olmasının və otağın isinməsinin qarşısını ala bilərsiniz.