Soyuq suyun yaradacağı problemlər - Kardioloqdan açıqlama 

Ürək istidən yox, soyuqdan dayana bilər

“İsti havada bədənin qəfil soyudulması, məsələn, buzlu su, soyuq vanna, hovuza girmək ürəyə neqativ təsir edə bilər”

  İsti yay aylarını soyuq su olmadan təsəvvür etmək çətindir. Bu havalarda yetərli miqdarda soyuq su içmək orqanizmi rahatladır. Bununla yanaşı olaraq isti havalarda soyuq su içmək bizi gün vurma təhlükəsinə qarşı qoruyur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, isti havalarda bədən temperaturu artdığından soyuq su istifadəsini gözardı etmək olmaz.
Noida Beynəlxalq Universitetinin alimləri bunun sağlamlığa mənfi təsirlərini açıqlayıblar. Bildirilib ki, havalar qızdıqca bir çox insan sərinləmək üçün soyuq suya üz tutsa da, bu olduqca yanlışdır. Soyuq və buzlu su içmək müvəqqəti rahatlama təmin edir, lakin orqanizmin sağlamlığı üçün ciddi risklər yaradır:
- Soyuq su istehlak edildikdə müxtəlif fizioloji reaksiyalar baş verir. Əsas narahatlıqlardan biri qan damarlarının daralmasıdır. Soyuq su qan damarlarının daralmasına səbəb olur ki, bu da potensial olaraq qan dövranını pisləşdirir. Bu daralma xüsusilə ürək-damar problemləri olan insanlar üçün problem yarada bilər. Bu hal ürəyə əlavə gərginlik yaradır. Digər əsas narahatlıq soyuq suyun həzmə təsiridir. Soyuq su qidalardakı yağların qatılaşmasına və həzmin çətinləşməsinə səbəb olur. Bədən qatılaşmış yağları emal edə bilmir. Həzmsizlik, qaz və digər narahatlıqlar üzə çıxır.
  Soyuq su səbəbilə mədə və bağırsaqlarda temperaturun qəfil dəyişməsi həzm sistemini şoka sala və potensial olaraq mədə kramplarına səbəb ola bilər.
Soyuq su orqanizmin su ilə təmini prosesini ləngidə bilər. Bədən soyuq suyu öz temperaturuna qədər istiləşdirmək üçün enerji sərf etməlidir ki, bu da mayelərin udulmasını gecikdirir. Orqanizmi kifayət qədər su ilə təmin etməyin kritik məsələ olduğu bir mövsümdə bu gecikmə əks nəticə verir.
Soyuq su istehlakının mümkün çatışmazlıqlarını nəzərə alsaq, yay aylarında susuzluğun qarşısını almaq və sağlam qalmaq üçün müxtəlif alternativlərə yönəlmək vacibdir.
Suyu otaq temperaturunda və ya bir qədər soyuq içmək tövsiyə olunur. Belə su daha səmərəli nəmlənmə və həzmi təşviq edir.
İçməli suyun temperaturunu tənzimləyin və şirəli meyvələrin və şirəli qidaların istehlakını artırın.
  Qarpız, xiyar, şaftalı kimi meyvələr təkcə təravətləndirici deyil, həm də zəruri vitamin və minerallarla zəngindir. Bu meyvələr maye səviyyələrini qorumağa kömək edir və qidalanmanı artırır.
Müvafiq nəmləndirməni təmin etmək üçün digər tövsiyə susuzluq hiss etmədikdə belə, gün ərzində müntəzəm olaraq maye qəbul etməkdir. Su ilə yanaşı, ayran, kefir kimi içkilər də menyuya daxil edilməlidir.
Fiziki fəaliyyətlə məşğul olan və ya açıq havada uzun müddət keçirən insanlar üçün itirilmiş elektrolitləri duz və minerallar olan içkilərlə doldurmaq faydalı ola bilər.
Hər bir insanın su ehtiyacı unikaldır və yaş, sağlamlıq vəziyyəti və fiziki fəaliyyət səviyyəsi kimi amillərdən təsirlənir. Odur ki, bir az soyudulmuş su bəziləri üçün tamamilə məqbul olsa da, digərləri otaq temperaturunda olan mayelərdən daha çox faydalana bilər.
  Müxtəlif maye mənbələrindən birgə istifadə edərək hər kəs ilin ən isti aylarında sərinləyə və sağlam qala bilər.
Düzgün addım təkcə susuzluğu yatızdırmaq deyil, həm də ümumi rifahı dəstəkləmək və yay tələblərinə uyğun olaraq bədənin ən yaxşı şəkildə işləməsini təmin etməkdir. (Medicina.az)
  Kardioloq Rəşad Hüseynov da “Sherg.az"a açıqlamasında soyuq suyun yaradacağı problemlərdən danışıb. Onun sözlərinə görə, isti havada bədənin qəfil soyudulması, məsələn, buzlu su, soyuq vanna, hovuza girmək ürəyə neqativ təsir edə bilər: 

“Bədəni isti insanın soyuq buz kimi suya girməsi qanda adrenalini artırır, bu isə damarların kəskin spazmına səbəb olur. Bu zaman reflektor olaraq ürəyin işi artır, daxili orqanların qanla dolması artır. Xroniki olaraq artıq xəstə və yaşlı insanın ürəyi bu yüklənməyə tab gətirməyə bilər. Soyuq buzlu su ürək yığılmalarını artırır, bu da aritmiya və digər ürək problemlərinə səbəb ola bilər. Ürək və şəkər xəstələri istidə soyuq maye qəbulu, soyuq qida, buz və soyuq suda çimməkdən qaçmalı, eləcə də istidən qəfil soyuq kondinsionerli məkana girməməlidirlər. Əks təqdirdə ürək istidən yox, soyuqdan dayana bilər”.
  Həkimin sözlərinə görə, soyuq su içmək həzm sisteminə zərər də verə bilir. Soyuq su içmək mədə və bağırsaqları daraldır, həzm prosesini yavaşladır və narahatlığa səbəb ola bilər: “Buna görə də yeməkdən əvvəl soyuq su içməkdən çəkinmək lazımdır. Əvəzində yeməkdən sonra isti su içməyiniz orqanizminiz üçün daha faydalı olacaqdır”.