Qastrit nədən yaranır? - İnteqrativ Təbabətlə müalicəsi

Qastrit-mədənin selikli qişasının iltihabi xəstəliyi olub, həm kəskin, həm də xroniki formada ola bilər. Bu mədənin selikli qişasında gedən histopatoloji dəyişiklikdir; müxtəlif səbəblərdən törənə bilər.
Xəstəliyin səbəblərini törədiciyə və histopatoloji modelə görə təsnifatlandırmaq olar, lakin qastritin bütün növlərini adekvat təsvir edən vahid təsnifat sistemi mövcud deyil.
Qastritin ən geniş yayılmış səbəbi Helicobacter pylori1,2 adlanan qrammənfi çöplərlə mədənin infeksiyalaşması və kolonizasiyasıdır. Bu, mədədə yaşayan müxtəlif növ bakteriyalardan biri olsa da, xüsusi yer tutur; orqanizmə erkən yaşlarda daxil olur.

Bakteriyalar selikli qatdan keçdikdən sonra mədə boşluğunun səthində yerləşərək, daha dərin qatdakı toxumalarda intensiv iltihab reaksiyasının inkişafına səbəb olur.1,3 H. pylori digər klassik bacterial patogenlərdən fərqlənir, çünki onun patoloji xarakteristikasına yalnız toksinlərin sintezi deyil, həmçinin, mühit, orqanizm və törədici arasında mürəkkəb qarşılıqlı əlaqə daxildir.
Orqanizmin immun sistemi zəiflədikdə və o, bakteriyaları məhv etmək qabiliyyətini itirdikdə, H. pylori ilə zədələnmiş selikli qişada iltihabi zədələnmə yaranır.

O, kanserogen potensiallı ilk bakteriyadır. 4,5 İnsan ilə birgə uzunmüddətli təkamülə uğradığına görə, xroniki aktiv qastrit, xora xəstəliyi (10-20%), mədə xərçəngi (1-2%)3,6 kimi xəstəliklərə səbəb ola bilər; həmçinin, çox güman ki, qida borusu xəstəlikləri zamanı müdafiə effektinə malikdir.3 Qastritin digər, az yayılmış səbəblərindən biri autoimmun səbəbdir; bu zaman qan zərdabında antipariyetal və daxili
faktorlara qarşı autoanticisimlərin əmələ gəlməsi daxili faktorların çatışmazlığına səbəb olur.

Bu, öz növbəsində, kobalaminin mənimsənilməsini zəiflədərək, bəzi pasiyentlərdə pernisioz anemiyanın inkişafına səbəb ola bilər.
Qastritlərin digər kateqoriyası özünəməxsussistohistoloji iltihab modelinə malik olub, oxşar patogenezi paylaşa bilər.
Məsələn,qranulyomatoz qastrit selikli və ya selikaltı qişada qranulyomaların olması ilə xarakterizəolunur və Kron xəstəliyi, dağınıq sarkoidoz, infeksiyalar (vərəm, sifilis, göbələklər), yad cisimlər, bədxassəli xəstəliklər və ya vaskulit nəticəsində yarana bilər.

Qastritin digər növü olan limfositar qastrit, ehtimala əsasən, mənfəzdaxili antigenlərin iştirakı ilə inkişaf edir;histopatoloji olaraq seliakiya və digər oxşar vəziyyətlərlə eyni olur.

Bu vəziyyət kifayət qədərtəsvir olunmadığı üçün diaqnoz istisna yolu ilə qoyulmalıdır.
Eozinofil qastrit parazitar infeksiyaya yoluxmuş uşaqlarda müşahidə olunur. O, inək südü və ya soya zülalına qarşı qida allergiyasının nəticəsi ola bilər. Həmçinin, sklerodermiya, polimiozit və dermatomiozit daxil olmaqla, birləşdirici toxumanın xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə də aşkarlana bilər.

Bu qrupa, həmçinin, kimyəvi və ya reaktiv qastrit də daxildir; onlar mədənin selikli qişasının öd reflüksu və mədəaltı vəzin artıq miqdarda ifraz olunan sekreti ilə zədələnməsi nəticəsində yaranır. Ekzogen maddələr, o cümlədən, qeyri-steroid iltihabəleyhinə preparatlar, asetilsalisil turşusu (aspirinin aktiv inqrediyenti), kimyəvi terapiya üçün istifadə olunan maddələr və alkoqol da reaktiv qastritin inkişafına səbəb ola bilər. Qastritin reaktiv forması cüzi iltihab törətdiyinə görə bu vəziyyəti qastritdən çox, kimyəvi qastropatiya adlandırmaqa üstünluk verilir.

Patofizioloji xarakteristika və qastrit ilə xəstələnmə birincili səbəbdən asılıdır. Statistikaya görə, əhalinin 50%-i cinsi mənsubiyyətindən asılı olmayaraq H. Pylori-yə yoluxmuşdur; ən yüksək göstərici Asiya və inkişaf etməkdə olan ölkələrdədir. 60 və ondan yuxarı yaş həddində olan pasiyentlər daha çox yoluxmaya məruz qalır, bu, həyat keyfiyyətinin 50 yaşlılar arasında daha aşağı olması ilə əlaqəlidir.

Autoimmun qastrit az təsadüf olunur və, adətən, qaradərili əhali və Şimali Avropa əsilli insanlar arasında rast gəlinir. Qadın və kişilər
arasında xəstəliyin nisbəti 3:1-dir. Autoimmun qastritdə pernisioz anemiyanın yaranma riski Böyük Britaniya, Danimarka və İsveçrədə hər 100 000 insana 127 hadisə təşkil edir.

Adətən, bu xəstəliyə 60 yaşlılar arasında rast gəlinsə də, yuvenil pernisioz anemiya da baş verə bilər.
Limfositar qastrit uşaqlarda da müşahidə oluna bilər, lakin, adətən, yetkin və yaşı 50-yə yaxın insanlarda aşkar olunur. Eozinofil qastrit və idiopatik qranulyomatoz qastrit, adətən, 50 yaşdan cavan insanları zədələyir. Xroniki qastrit birincili xəstəlik kimi (məsələn, H. Pylori ilə törənmiş) minimal simptomlar ilə xarakterizə olunur; digər səbəblərdən yaranmış qastritlərdə dispepsiya simptomları olur. Kliniki mənzərə dəyişkəndir və mədədə peptik xora və ya bədxassəli proses baş verdikdə pisləşir. Xroniki atrofik qastritdən əziyyət çəkən pasiyentlərdə əsas populyasiya ilə müqayisədə mədə karsinoması inkişafı təhlükəsi 12-16 dəfə çox ola bilər. H. pylori
infeksiyasına yoluxmuş hər 6 pasiyentdən təqribən 1-də peptik xora inkişaf edir. Pəhriz və həyat tərzi bu xəstəlik əlamətlərinin inkişafında mühüm rol oynayır. Autoimmun qastritli pasiyentlərdə dominant və pariyetal hüceyrələrin itirilmə effekti anemiyanın kliniki
əlamətlərinin təzahürünə və mədədə yeni törəmənin əmələgəlmə riskinin yüksəlməsinə səbəb olur.

Pernisioz anemiyalı pasiyentlərdə mədə adenokarsinomasının inkişaf təhlükəsi ümumipopulyasiyadan ən azı 2,9 dəfə yüksəkdir.1 Xroniki qastrit minimal kliniki əlamətlərə malikdir,lakin bəzi hallarda ağırlaşmalar inkişaf edir və ya əsas xəstəlik özünü büruzə verir (məsələn, mədə xorası zamanı gizli qan və ya kobalaminin ağır çatışmazlığında dərinin və gözün avazıması və saralması, ürək döyüntülərinin artması və ürəyin ölçülərinin böyüməsi). Ağırlaşmamış H. pylori infeksiyası epiqastral nahiyədə həssaslığın yüngül artması və ağızdan pis qoxunun gəlməsi, bakteriyaların həddən artıq çoxalması nəticəsində qarnın köpməsi ilə müşayiət edilir.1 Qastritin diaqnozu histoloji sınaqlar əsasında qoyulur, müvafiq olaraq, endoskopik biopsiya müayinə prosesinin əsas hissəsi olaraq vacibdir. İlkin səbəbi müəyyən etmək üçün dolğun
anamnez və differensial diaqnoz üçün laborator müayinələr aparılmalıdır.1,4

Müalicə ilkin səbəbə yönəldilir. H. pylori–nin aradan qaldırılmasının müasir taktikası proton pompasının inhibəsinə və 2 antibiotikin (üçkomponentli terapiya) istifadəsinə əsaslanır (effekti 80%-dən az olur). Antibiotiklərə qarşı davamlılıq, proton pompası inhibitorları ilə turşuluğa qeyri-stabil nəzarət və pasiyentlərin müalicə rejiminə tam riayət etməməsi uğursuzluqların sayını artırır

Təbii preparat olan laktoferrin müalicə effektini yüksəldərək üçkomponentli müalicənin arzuolunmaz nəticələrini azaldır

İnfeksiyanın mövcudluğu təsdiq olunmamış antibiotiklər təyin edilməməlidir, müalicənin nəticələri isə növbəti təyinatadək qiymətləndirilməlidir.

Sağalmanın qəbul olunmuş göstəricisi –antimikrob müalicəsinin sonunda H. pylori əlamətlərinin 4 həftə və ondan çox müddətdə olmamasıdır. Biotənzimləmə yolu ilə təsir edən və digər təbii preparatlar bir çox hallarda qastritin müalicəsində təhlükəsiz və effektli köməkçi vasitə ola bilər.


GASTRICUMEEL
TƏSİR MEXANİZMİ:

Gastricumeel® mədə selikli qişasındakı dəyişikliklərə
biotənzimləyici təsir edir:

- Turşuluğu tənzimləyərək və mədə divarının iltihabını azaldaraq, mədə selikli qişasının zədəsini aradan qaldırır
- Gastricumeel® həm simptomları aradan qaldırır, həm də selikli qişanın mühafizəsini artırmaqla residivləri əhəmiyyətli dərəcədə azaldır.

GÖSTƏRİŞLƏR:
• Kəskin və xroniki qastrit
• GERX, mədə qıcqırması, yanğı
• Ürəkbulanma, qusma
• Köp
• Disfagiya