Gölərdə quruluq, qaşınma, sulanma, dumanlı görmə… Son zamanlar bir çox insan bu simptomlardan əziyyət çəkir. Belə hallarda göz həkimləri gözdəki quruluğu səbəb göstərərək, adətən, göz damcıları təyin edirlər. İngiltərədə yaşayan 78 yaşlı Carolyn Frost isə gözlərində şiddətli ağrıdan uzun müddət əziyyət çəkib. Gözlərindıki quruluq görmə qabiliyyətini böyük faizlə itirməsinə səbəb olub. Lakin sonunla gözlərinin normal görmə qabiliyyəti geri qaytarılıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, yaşlı qadın gözlərində yaranan rahatsızlığı belə anladıb: “Gənc yaşlarımdan görmə qabiliyyətimdə problemlər yaranmağa başlayıb. Gözlərim çox qızarırdı, qaşınırdı, incidirdi məni, ağrı verirdi, dumanlı görürdüm. İllər keçdikcə vəziyyətim daha da ağırlaşdı. Yanımdan ötüb keçənləri də görə bilmirdim artıq. Bir müddət gözlərimizn müalicəsi aparıldı. Hətta amniyotik zərlə steroidlərin müalicəsi aparıldı. Amma bunlar da müvəqqəti oldu. Görmə qabiliyyətim müəyyən müddət yaxşılaşdı, sonra yenidən pisləşdi. Daha sonra Bristol Göz Xəstənaxasından Omar Əl-Haddadın məsləhəti ilə İngiltərə Milli Səhiyyə Sisteminin Qan və Transplantasiya Birliyi tərəfindən təqdim edilən göz damlalarını istifadə etməy başladım”. Xanım C.Frost bildirib ki, bu damlalar qan plazmasından istehsal edilir. Məhz bu damlalardan istifadə etdikdən sonra gözlərindəki ağrı azalıb, qaşıntılar yox olub, görmə qabiliyyəti yaxşılaşıb. “Bundan sonra nəvələrimi daha yaxşı görməyə başladım. Bu müalicə üsulu mənə ikinci həyat verdi. Göz ağrılarından xilas olduğuma hələ də inana bilmirəm” söyləyən C.Frost deyib ki, qan plazmasından düzəldilən serum damlalar gözlərinin saölamlığını özünə qaytarıb. Xanım Frost Qan donorlarna da təşəkkür edərək onların insanların sağlamlığı üçün fədakarlıq etdiyini söyləyib.