Stressə görə beyinə qan sıza bilərmi?

Stress, əsəb 20-dən çox xəstəlik və orqana təsir edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, psixiatr Azər Bağırov stressin zərərlərini sədələyib.

- Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir.

Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər.

- Bağırsaq problemləri - qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir.

- Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir.

Psixiatr stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb:

- Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq;

- Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir;

- Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir;

- Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir;

- Beyin qansızmaları daha çox stressli fərdlərdə sıx müşahidə edilir.