Faydaları saysız-hesabsızdır, lakin qızdırılıb yeyildikdə zəhərə çevrilir

Elm dünyası qızdırılıb yeyildikdə təhlükəli olan bəzi qidaları sadalayıb. Mütəxəssislər, bu qidaların qızdırıldığı təqdirdə zərərli kimyəvi maddələr buraxa biləcəyini  vurğulayıblar.
Sherg.az  türk mediasına istinadən xəbər verir ki, ispanaq heç vaxt qızdırılmaması lazım olan qidalardan biridir. İspanaqda olan nitrat azotun bərkiməsi nəticəsində təbii olaraq meydana gələn suda həll olunan komponentdir. İspanaq unu iki dəfədən çox qızdırdıqda bu tərkib hissəsi nitritə çevrilir.
Nitritin qida zəhərlənməsinə səbəb ola biləcək bir komponent olduğu bilinir. Bu səbəbdən ispanaq yeməyi hazırladıqdan sonra ən çox iki gün soyuducuda saxlamaq və iki dəfədən artıq qızdırmamaq məsləhətdir.

Kərəviz
Bağırsaq hərəkətlərini tənzimləməklə yanaşı ürək sağlamlığı üçün də çox faydalı hesab edilən kərəviz bir dəfədən çox qızdırıldığında xeyirdən çox zərər verir. Kərəvizin qızdırılması toksinlərin artmasına və yeməyin acı olmasına səbəb ola bilər. Bu səbəbdən də aşağı temperaturda ilıq olana qədər qızdırmaq lazımdır.

Toyuq
Salmonella bakteriyalarının ən çox çoxaldığı mühit toyuqdur. Bu səbəblə toyuq çox diqqətlə saxlanmalı, istehlakdan sonra, hətta çöldə çox uzun müddət gözlədilməməlidir. Toksinlərin çoxalmasının qarşısını almaq üçün yenidən qızdırmaq tövsiyə edilmir.

DÜYÜ
Düyü tez köhnələ bilər və yenidən qızdırıldıqda tərkibindəki nişasta artır və həzmi çətinləşdirir. Buna görə də düyünü yenidən qızdırmaq məsləhət görülmür.

BALIQ
Balıq kimi həssas məhsulların yenidən qızdırılması və təqdim edilməsi qida zəhərlənməsi riski yaradır və balıqdakı orqanizmlərin dəyişməsinə səbəb olur. Bu səbəbdən, ümumiyyətlə, balıq bişirildikdən sonra bir dəfə də yeyilməlidir.