Bir çoxumuz tualetdən gələn xoşagəlməz qoxudan şikayətçi oluruq. Ancaq bu problemi aradan qaldırmağın yolu var.
Sherg.az lent.az-a istinadən həmin yolları təqdim edir:
Daimi profilaktik təmizlik
Tualeti gündə ən azı bir dəfə yusanız, xoşagəlməz qoxu problemi yaşamayacaqsınız.
Qoxu bir anda hiss edilərsə
Bəzən olur ki, qonaqların gəldiyi vaxt anidən pis qoxu gəlir. Məhz belə hallar üçün 15 dəqiqə ərzində qoxulardan xilas olmağa imkan verəcək sadə və sübut olunmuş üsul var.
Çirkli sahələrə bir qat soda tökün. On dəqiqədən sonra yerləri sirkə ilə təmizləyin, fırça ilə ovuşdurun və yenidən yuyun.
Qoxu uducular
Hava təravətləndiricilərinin olması məsləhətdir. Ancaq əvvəlcə xoşagəlməz qoxu zərərsizləşdirilməlidir. Yalnız tualetdə bir qab düyü, kömür və ya soda qoymaq lazımdır. Bu zaman təravətləndiricilərin təsiri daha nəzərə çarpacaq.