Körpəyə inək südü içirtmək olarmı?

Körpə uşağa əlavə süd və qida kimi inək südü içirmək yaşlı nəslin tövsiyəsidir. İndi isə müasir uşaqlara süni qidalar verilir və analar laktoza dözümsüzlüyündən qorxur.

“Medicina” xəbər verir ki, pediatr Elşən Tağıyev inək südü ilə qidalanmaya aydınlıq gətirib.

"6 aylıqdan yuxarı köprələrə gündə 50 ml-dən çox olmamaq şərti ilə vermək olar. Amma südü birbaşa içirmək olmaz. Qidalara, sıyıqlara qatmaq olar. İnək südünə qarşı güclü allergiya və həssaslıq olarsa, həkimə müraciət edin".

Pediatr qeyd edib ki, 6 ayına qədər isə körpəyə heç bir heyvani qida, süd vermək olmaz