Miqrasiya Xidməti COP29 ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət ünvanlayıb
Yusif Nəzərli
06:28 04.12.2024
Sosial
348
COP29 vizası ilə və ya vizasız qaydada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər qanunla nəzərdə tutulmuş müddətdən artıq ölkə ərazisində qalmaq zərurəti yarandıqda, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
APA xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş hallarda (xidməti zərurət, təcili müalicə və s.) ölkədə müvəqqəti olma müddəti 60 günədək uzadıla bilər:
"Bu halda əcnəbi və vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada (https://eservice.migration.gov.az/public/create-mom-application) və ya “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərələri vasitəsilə fiziki olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Qeyd edirik ki, ölkədə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşamaq qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə səbəb olur".
"Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - pr@migration.gov.az maili vasitəsilə müraciət edə bilərsiniz", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya