Santa Klaus əslində keşiş olub: Sirlər 1700 il sonra ortaya çıxdı

 “Əsl Santa Klausun görünüşü necədir, kimə bənzəyir” sualına nəhayət cavab tapılıb. 

“Sherg.az” “tr.mashable.com”a istinadən bildirir ki, Santa Klausun üzü 1700 il əvvəl Şaxta baba konsepti yepiskop, Likiyada (Antaliyada qədim şəhər) doğulmuş Müqəddəs Nikolayın kəllə sümüyü əsasında hazırlanıb. Bu görüntünü əldə etmək 3D formatı sayəsində mümkün olub. 3D formatında Santa Klaus Müqəddəs Nikolayın simasıyla eynidir. 

Tədqiqatın aparıcı müəllifi Cicero Moraes, IV əsr müqəddəsinin üzünün "statistik proqnozlar" və "bədii" şərhlərdən istifadə edilərək yenidən yaradıldığını, Şaxta babanın geniş alın, nazik dodaqlar və yuvarlaq buruna sahib olduğunu bildirib. O, eramızın 343-cü ildə, fotoqrafiya ixtirasından çox əvvəl vəfat etsə də, 3D təsvirlər Santa Klausun üzündə həm "güclü", həm də "zərif" ifadənin olduğunu göstərir. "Kəllə çox möhkəm bir quruluşa malikdir və onun üfüqi oxdakı ölçüləri orta səviyyədən yüksəkdir, bu da güclü üz ifadəsi yaradır" dedi Moraes, "Qalın saqqal ilə birləşən bu xüsusiyyət Santanın fiqurunu çox xatırladır”. Yalnız tərbiyəli, sözə baxan uşaqlara hədiyyələr verən Miralı Müqəddəs Nikolay (Likiyadakı qədim yaşayış məskənlərindən biri olan Mira) əvvəlcə Hollandiyanın xalq siması Sinterklaas, sonra isə Şaxta baba obrazına çevrilib. ABŞ-da uşaqlara oyuncaq gətirən şən, kirşə sürən qoca ilham mənbəyi oldu. Moraes, elmi şəkildə yaradılmış şəkillərin Şaxta babanın "çəhrayı yanaqları", "enli üzləri" və "albalı kimi burnu" kimi xüsusiyyətlərini təsvir edən 1823-cü il "Miladdan əvvəlki gecə" şeirindəki təsvirlərlə təəccüblü şəkildə üst-üstə düşdüyünü ifadə edib. Onun qalıqlarını tədqiq etdikdən sonra, Müqəddəs Nikolayın qalın kəllə sümüyü onurğa və çanaqda xroniki artrit və ola bilsin ki, tez-tez baş ağrılarına səbəb olur. Alimlər həmçinin Nikolayın bitki əsaslı pəhrizlə yaşadığını da qeyd ediblər. 

Müqəddəs Nikolay əvvəlcə Türkiyənin Mira şəhərində dəfn edilsə də, sonradan onun sümükləri İtaliyanın Bari şəhərinə aparılıb. Həmin gündən onun məzarı hələ də oradadır. Moraes Şaxta babanın üzünün rekonstruksiya prosesini belə izah edib: "Əvvəlcə əlimizdə olan məlumatlardan istifadə edərək kəllə sümüyünün 3D modelini yaratdıq. Daha sonra anatomik deformasiya texnikasından, canlı insanın virtual donor kimi tomoqrafik görüntüsündən istifadə edərək, biz bunu tənzimlədik. Təsviri o müqəddəsin kəlləsinə uyğunlaşdırdıq. Nəhayət, bütün bu məlumatları birləşdirərək, anatomik və statistik uyğunluğu müşahidə edərək, son üz modelini əldə etdik".