Pakistanda güclü partlayış baş verib, ölənlər var

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində cümə namazında güclü partlayış baş verib.
APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Partlayış nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.