"Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da" -59 yaşlı kişi su içməkdən ölüb

Həddindən artıq su istehlakı Dublində yaşayan Şon O'Donnellin həyatı bahasına başa gəlir. 
Sherg.az xəbər verir ki, müraciət etdiyi xəstəxanada bol su içməsi məsləhət görülən şəxs həddindən artıq maye qəbulu səbəbiylə dünyasını dəyişib.  Məhkəmədə O'Donnellin bədənində təhlükəli dərəcədə aşağı natrium səviyyəsinin olması nəticəsində beynin şişməsi, qıcolma keçirməsi, infarkt keçirməsi və vəfat etdiyi açıqlanıb. O'Donnellin ölümündən sonra xəstəxana hadisəni etiraf edib və mərhumun ailəsinə 35 min avro təzminat ödəyib. 

Qeyd edək ki, tibbdə hiponatremi kimi tanınan bu vəziyyət bədəndə artıq su yığılmasına və hüceyrələrin şişməsinə səbəb olaraq ölümcül ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bir saat ərzində 1,4 litrdən çox su içmək təhlükə yarada bilər.
 Xatırladaq ki, hiponatriemiya keçmişdə marafonçuların və Brüs Li kimi məşhur simaların ölümləri ilə də əlaqələndirilir. Səhiyyə mütəxəssisləri vurğulayırlar ki, gündəlik su istehlakı 2 litrdən çox olmamalıdır.