Zelenski: "Rusiyadan mayın 12-dən etibarən qeyd-şərtsiz atəşkəs tələb edirik, əks halda...
Yusif Nəzərli
21:10 10.05.2025
Dünya
382
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Fransa, Böyük Britaniya, Polşa və Almaniya liderləri ilə baş tutan görüşdən sonra mətbuat qarşısında çıxış edib.
24News.ge xəbər verir ki, Zelenski çıxışı zamanı Rusiyadan mayın 12-dən başlayaraq 30 günlük tam və qeyd-şərtsiz atəşkəsə razılaşmağı tələb etdiklərini bildirib.
“Biz razılaşdıq ki, tam və qeyd-şərtsiz atəşkəs mayın 12-dən etibarən ən azı 30 gün müddətinə qüvvəyə minəcək. Bunu Rusiyadan birlikdə tələb edəcəyik”, - deyə Zelenski qeyd edib.
Prezident həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampla bu məsələ ilə bağlı danışıb və tərəflər atəşkəsin vacibliyi barədə eyni fikirdədirlər. Zelenskinin sözlərinə görə, Rusiyanın mövqeyinə dair cavab gözlənilir.
O əlavə edib ki, bu təklif ilk dəfə ABŞ tərəfindən irəli sürülüb və Səudiyyə Ərəbistanında aparılan danışıqlardan bəri gündəmdədir:
“Atəşkəs başlayandan sonra diplomatiya üçün ən uyğun məqam yaranacaq. Ukrayna isə istənilən formatda görüşlərə və danışıqlara hazırdır”, – deyə Zelenski vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron isə bəyan edib ki, əgər atəşkəs pozularsa, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı koordinasiyalı və genişmiqyaslı sanksiyalar tətbiq edəcək:
“30-dan çox ölkə heç bir şərt qoyulmadan mayın 12-də atəşkəsin başlamasını tələb edir. Monitorinqi əsasən amerikalılar aparacaq, lakin bütün tərəflər bu prosesdə iştirak edəcək”, – deyə Makron vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət