Xəstəlik burnumuzun ucundadır!
08:49 20.06.2025
Sağlamlıq
378
Sadə bir qoxu testi altı il içində ölüm riskinizi ortaya qoya bilər. Qoxu itkisinin Alzheymer və Parkinson kimi xəstəliklərin xəbərçisi ola biləcəyi bildirilir.
Sherg.az xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun apardığı bir araşdırma yaşlı insanlarda qoxu alma hissinin zəifləməsinin ölüm və demensiya riskini artırdığını üzə çıxarıb. "The Sun" nəşrinin xəbərinə görə, araşdırma zamanı 60-99 yaş arası iştirakçıların müxtəlif qoxuları tanıma qabiliyyəti ölçülüb. 16 fərqli qoxunu düzgün tanıya bilməyən şəxslərin altı il ərzində ölüm riski, hər səhv cavab üçün yüzdə altı artıb. Alimlər qeyd edirlər ki, qoxu alma qabiliyyətinin zəifləməsi beyindəki erkən zədələrin və neyrodegenerativ xəstəliklərin göstəricisi ola bilər.
İlk əlamət
Qulaq-burun-boğaz, qoxu və dad pozğunluqları üzrə mütəxəssis və Avropa Kimyəvi Algılar Cəmiyyətinin üzvü professor Aytuğ Altundağ deyib:
“Alzheymer, Parkinson və bəzi psixiatrik xəstəliklər ilk əlamətlərini qoxu duyğusundakı dəyişikliklərlə göstərir. Buna görə də qoxu itkisini erkən mərhələdə aşkarlamaq daha ciddi nevroloji problemlərə vaxtında müdaxilə imkanı yaradır.”
Nevroloq professor Talip Asıl isə bildirib:
“Qoxu alma duyğusunun neyrodegenerativ xəstəliklər üçün bioloji göstərici kimi istifadə olunması, xəstəlik hələ klinik əlamətlərini göstərməmişdən əvvəl erkən diaqnoz strategiyalarının müəyyənləşdirilməsi və klinik halların proqnozlaşdırılmasında faydalıdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya