Otizm kişilərdə niyə daha çox rast gəlinir? - Alimlər narahatdır
Yusif Nəzərli
05:40 06.07.2025
Sağlamlıq
354
Araşdırmalara görə, oğlan uşaqlarında otizm və DEHB (diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu) diaqnozu alma ehtimalı qızlara nisbətən 3 dəfə çoxdur.
Sherg.az xəbər verir ki, alimlər bunu “sonsuz kimyəvi maddələr” kimi tanınan toksik birləşmələrlə əlaqələndirirlər.
Kişi beyni daha həssasdır
Rochester Universitetinin alimləri iddia edir ki, oğlan beyinləri bu zəhərli maddələrə qarşı daha həssasdır. Bu kimyəvi maddələr beyin siqnallarını poza, sosial narahatlıq, hiperaktivlik və yaddaş pozuntuları kimi uzunmüddətli davranış dəyişikliklərinə səbəb ola bilər.
Hər yerdə olan təhlükə
Bu maddələr plastik qablaşdırmalardan geyimlərə və hətta içməli suya qədər geniş yayılıb və minlərlə il təbiətdə qalır. Xərçəng, sonsuzluq və doğuş qüsurları ilə də əlaqələndirilir.
Araşdırmada PFHxA adlı kimyəvi maddənin təsiri öyrənilib. Hamilə və süd verən siçanlara bu maddə verildikdə, onların erkək balalarında daha az fiziki aktivlik, artmış narahatlıq və yaddaş pozuntusu müşahidə olunub. Dişi balalarda isə bu təsirlərə rast gəlinməyib. Bu dəyişikliklər illər sonra belə davam edib.
PFAS maddələrinə diqqət artır
Tədqiqatçılar bu ilkin nəticələrin beyin fəaliyyətinə daha genişmiqyaslı təsirini araşdırmağı planlaşdırır. Bu da DEHB və otizm diaqnozlarının artdığı bir dövrə təsadüf edir. Təkcə Britaniyada 2,5 milyon insan DEHB ilə yaşayır, 200 min nəfər isə otizm diaqnozu üçün növbədədir.
Otizm xəstəlik deyil, fərqlilikdir
Otizmli uşaqlar adətən göz təması qurmaz, adlarına reaksiya verməz və fərqli davranışlar sərgiləyə bilər. Bu bir xəstəlik yox, doğuşdan gələn bir fərqlilikdir. Qızlarda isə simptomlar daha az görünə bilər, çünki onlar ətrafdakıları təqlid etməklə əlamətləri gizlədə bilirlər.
Mütəxəssislər “sonsuz kimyasallar”ın otizm və DEHB hallarının artmasında rol oynaya biləcəyindən narahatdırlar. 500 tədqiqatın ümumiləşdirildiyi hesabat bu maddələrin immun sistemini zəiflədə və xərçəng kimi ciddi problemlərə səbəb ola biləcəyini göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi
Yeni təhlükəsizlik sistemi gündəmə gəldi - ŞƏRH
17:27 13.05.2026
Dünya
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
17:20 13.05.2026
Gündəm
Dünyada neftə olan tələbat daha sürətlə artacaq - PROQNOZ
17:07 13.05.2026
İqtisadiyyat
Qarşıdakı üç gün hava küləkli olacaq
16:38 13.05.2026
Ekologiya
Rusiya imperiya mifinin sonu gəlir - ŞƏRH
16:36 13.05.2026
Gündəm
Saleh Səmədovun məhkəməsi başladı
16:06 13.05.2026
Hadisə
Makron qalmaqalı böyüyür: Onların arasını İran əsilli aktrisa vurub
15:45 13.05.2026
Dünya
“Qalatasaray”ın futbolçusu hücuma məruz qaldı
15:25 13.05.2026
Futbol
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
15:22 13.05.2026
Media
Belçika müdafiə naziri: “Türkiyə bizdən xeyli öndədir”
14:58 13.05.2026
Gündəm