Covid-19-un beyni qocaltdığı ortaya çıxıb
11:59 23.07.2025
Sağlamlıq
488
Təəccüblü məqam odur ki, Covid keçirməmiş şəxslərdə belə beyin qocalmasının sürəti ciddi şəkildə artıb
Alimlər bildirirlər ki, Covid-19 pandemiyasının yaratdığı qeyri-müəyyənlik və uzunmüddətli təcrid beyin sağlamlığına ciddi təsirlər göstərib.
Sherg.az xəbər verir ki, Nottingem Universiteti tərəfindən aparılan araşdırmada 15 min 334 sağlam insanın məlumatları əsasında hazırlanmış bir beyin qocalması modeli istifadə edilib. Bu model 996 sağlam şəxsin beyin müayinələrinə tətbiq olunub. İştirakçıların yarısının müayinələri pandemiyadan əvvələ, digər yarısının isə həm pandemiyadan əvvəlki, həm də sonrakı dövrə aiddir.
Araşdırmanın nəticələrinə görə, pandemiya dövründə insanların beyinləri orta hesabla 5 ay yarım daha sürətli qocalıb. Bəzi şəxslərdə bu fərq 20 aya qədər yüksəlib. Bu sürətlənmiş qocalma, şəxsin Covid-19-a yoluxub-yoluxmamasından asılı olmayaraq müşahidə olunub.
Lakin yaş artdıqca Covid-19 keçirmiş şəxslərdə beyin qocalmasının daha da sürətləndiyi aşkar edilib. Eyni zamanda, kişilərdə və sosial baxımdan dezavantajlı qruplarda bu təsirin daha aydın şəkildə göründüyü qeyd olunub.
“Daily Mail”də yer alan xəbərə görə, iştirakçıların idrak qabiliyyətini qiymətləndirmək üçün aparılan testlər, xüsusilə Covid-19 keçirmiş şəxslərdə zehni çeviklik və emal sürətində azalma olduğunu göstərib.
Dr. Əli-Rza Mohammadi-Nejad, “Nature Communications” jurnalına verdiyi açıqlamada bildirib:
“Ən çox təəccübləndiyim məqam o oldu ki, Covid keçirməmiş şəxslərdə belə beyin qocalmasının sürəti ciddi şəkildə artmışdı. Bu hal pandemiya təcrübəsinin beyin sağlamlığımıza nə qədər təsir etdiyini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya