
Ənənələrimiz laxlayıb: Zorakılıq uşaqların psixologiyasına sağalmaz travmalar vurur
09:50 28.08.2025
Sosial
529
Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan körpələrdən biri Respublika Neyrocərrahiyyə Xəstəxanasındadır, digəri isə Ağdam rayon Mərkəzi xəstəxanasındadır.
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
“3 yaşlı körpə əməliyyat edilib. Körpələrin hər ikisi daha sonra Sosial Xidmətlər Agentliyinin müəssisəsində yerləşdiriləcək. AQDPK problemlə bağlı məsələ qaldırıb. Valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı hüquqi işlər başladılıb. Valideynlərlə bağlı qərarı isə hüquq-mühafizə orqanları verəcək. Araşdırma aparılır”, - o bildirib.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 27.08.2025-ci il tarixində saat 16:20 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib.
Pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Məlumat üçün qeyd edək ki, 2024-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.
Qeyd edək ki, ötən gün Ağdamın Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur:

“Bu, millətimizin ən üstün tərəflərindən biridir. Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsərdilər. Lakin təəssüflə deyə bilərik ki, son illər belə gözəl ənənələrimiz laxlayır, bəzi uşaqlar cəmiyyətdən öncə ailədə müxtəlif zorakılıqlara məruz qalır. Təəssüf ki, son vaxtlar baş verən bir neçə hadisə, o cümlədən statistik məlumatlar söyləyir ki, sən demə, ev-ailə bütün uşaqların sevimli məkanı deyilmiş. Uşaqlar bizim gələcəyimizdir, onları düzgün psixologiyada böyütməliyik. Onların davranışlarında təbii ki, qüsurları ola bilər. Valideyinlər və biz mütəxəssislərin öhdəsinə düşən də, o qüsurları aradan qaldırmaqdır. Səsimizin tonunu qaldıraraq, şiddət göstərərək yox. Zorakılığa məruz qalmış uşaqların psixoloji vəziyyətində baş verən mənfi dəyişikliklərin onların şəxsiyyət kimi formalaşmasına ciddi zərər vurduğunu bilməliyik. Onları bu kimi hallardan qorumağın vacibliyini dərk etməliyik. Uşaqda bir çox psixoloji travmalar,xəstəliklər əmələ gəkir ki, bunlarında nəticəsi təşviş pozuntuları, stressə davamsızlıq, özgüvənsizlik və digər travmalardır. Uşaqda təşviş pozuntuları artdıqca qorxuları çoxalır, get-gedə uşaqlarda yuxu terrorları yaranır. Gecə yatanda ağlayıb, qışqırır. Gündüz yaşadığı travmanı gecə yuxusunda canlandırır. Bu da uşağın psixologiyasının mənfi tərəfə istiqamətlənməsinə yönəlir. Valideynlər gərək səbrli olsunlar, uşaqları ilə düzgün şəkildə rəftar etsinlər anlamaq lazımdır ki uşaqları döymək çıxış yolu deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm