“Altun süd”...
Yusif Nəzərli
07:42 26.01.2022
Sağlamlıq
860
Diyetoloq inanılmaz faydalarını açıqladı
“Altun süd”, başqa sözlə, “qızıl süd” nədir? Türkiyəli diyetoloq Gamze Altınay “qızıl süd”ün orqanizmı faydalarını və hazırlanma qaydasını açıqlayıb. “Şərq” Türkiyə mətbuatına istinadən bildirir ki, diyetoloq “qızıl süd”dən hindistanlıların əsrlərdir istifadə etdiyini deyib. Südə qızılı rəng verənsə sarıkökdür. Başqa adla – zərdəçal! Hindistanda yatmazdan öncə içinə sarıkök qatılmış 1 fincan isti süd içmək ənənəsinin kökləri çox qədimlərə gedir. Sarıköklü isti süd hindlilərinin sevimli içkisidir. Hindistanlılar belə bir içkinin orqanizmin immunitetini gücləndirdiyinə, şəfa qaynağı olduğuna əmindirlər. Xüsusən hazırkı viruslu dünyamızda belə şəfalı içkilərə böyük ehtiyac var. İmmuniteti gücləndirmək xəstəliklərə qalib gəlməyə, qış günlərində məruz qala biləcəyimiz soyuqdəyməni asanlıqla, qısa zamanda atlatmağa imkan verəcək. Hindlilər bol ədviyyatlı içkilərin təkcə orqanizmi deyil, ruhu qidalandırdığına da əmindirlər. “Qızıl süd”ə zərdəçalla yanaşı qara istiot, darçın, zəncəfil, hil, hindistan cevizi də əlavə edilə bilər. Lakin ən önəmli ədviyyat məhz zərdəçaldır. Südə qatılan ədviyyatlar yüksək antioksidan keyfiyyətə malikdir və orqanizmə verdiyi şəfa da bundan qaynaqlanır. Antioksidanlar immuniteti gücləndirir, orqanizmi xərçəncə qarşı qoruyur, xolesterolu aşağı salır, həzm prosesini asanlaşdırır, diabet, piylənmə kimi xəstəliklərə qarşı təsirlidir. Zərdəçal həmçinin artıq çəkidən xilas olmağa da kömək edir. Diyetoloq “altun süd”ün hazırlanma qaydasını açıqlayıb:
1 stəkan südə: 1 çay qaşığı zərdəçal, 1 çay qaşığı darçın, 4/1 çay qaşığı üyüdülmüş qara istiot, 2-3 ədəd mixək, 1 çay qaşığı təbii bal. Süd əlavə edilmiş ədviyyatlar isdilir, bal sonra əlavə edilir. Şəfa olsun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual