Bəzi dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib

Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərar iyulun 23-dən qüvvəyə minir.