Bütün tələbələr peyvənd olunacaq
Məlahət Rzayeva
08:37 28.07.2021
Sağlamlıq
656
Çünki bunsuz ənənəvi təhsilə qayıtmaq mümkün deyil
"Yaşı 18-dən yuxarı olan tələbələrdən də sentyabrın 1-dən etibarən COVİD-19 pasportu tələb olunacaq. Bu qərar tək Azərbaycana aid deyil"
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib. Qərara əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 01 sentyabr tarixindən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Məhz bu qərar gənclər – tələbələr arasında narazılıq yaradıb. Tələbələr arasında “peyvəndləmə könüllüdür, tələb qoyula bilməz” deyə, NK-nin qərarına etiraz edənlər var.
Tələbələrə “vaksinasiya” tələbi qanunidirmi?
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, NK-nin məlum qərarı mövcud duruma adekvatdır:
- Peyvəndləmə o zaman könüllüdür ki, yoluxucu xəstəliklər pandemiya riski daşımır. Könüllülük prinsipi dinc şərait üçündür. Hazırda isə bütün dünya koronavirus və onun yeni növləri, ştamları ilə mübarizə aparır.
Artıq il yarımdır bu mübarizə davam edir və bütün dünya pandemiyadan çıxış yolunun vaksinasiyada olduğunu bildirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi, eləcə də İnzibati Xətalar Məcəlləsinə görə yoluxucu xəstəlikləri yaymaq, yaymağa şərait yaratmaq cinayət tərkibli əməl hesab edilir.
Görürük ki, karantin qaydalarını pozan şəxslər, iaşə obyektləri, müəssisələr cərimə edilir, məsuliyyətə cəlb olunurlar. Demək, yoluxucu xəstəliyin yayılma təhlükəsi realdır.
Bu baxımdan yaşı 18-dən yuxarı olan tələbələrdən də sentyabrın 1-dən etibarən COVİD-19 pasportu tələb olunacaq. Bu qərar tək Azərbaycana aid deyil.
Təhsil göstəriciləri üzrə ilk 10-luqda olan dünyanın aparıcı ali təhsil müəssisələri də eyni qərarı qəbul edib. Çünki bunsuz ənənəvi təhsilə qayıtmaq mümkün olmayacaq. Pandemiyanın qarşısının alınmasının yeganə şərti vaksinasiyadır.
Normal həyata, ənənəvi təhsilə qayıtmaq üçün vaksinasiya vacibdir. İl yarım nüddətdə davam edən distant təhsil, onlayn tədrisin çətinliklərini gördük. Bir çox şagirdlər, tələbələr dərslərə qoşula bilmirdi, texniki imkanlar çox zəif idi.
Nəticədə təhsilimiz axsadı. Onlayn tədris ənənəvi tədrisi əvəz edə bilmədi.
İstəyiriksə ki, ənənəvi tədrisə qayıdaq, auditoriyada əyləşək, vaksinasiya olunmalıyıq. Həm də vaksinasiyaya dair əks-göstərişi olanlara sertifikat təqdim olunacaq. O demək deyil ki, bütün tələbələr ucdantutma peyvəndlənməlidir.
Kiminsə səhhətində problem varsa, müalicə və ya sahə həkimi vaksinasiyanı məsləhət görmürsə, o şəxslərə xüsusi sertifikat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya