Çay və qəhvəni çox isti içmək xərçəng riskini artırır - SÜBUT OLUNDU
09:20 21.08.2025
Sağlamlıq
592
Çay, qəhvə və ya bitki çaylarını “çox isti” içməyi üstün tutanlar üçün elmi xəbərdarlıqlar artır. Araşdırmalar göstərir ki, 65 dərəcədən yuxarı temperaturda içilən içkilər qida borusu xərçəngi riskini yüksəldir.
Sherg.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi 2016-cı ildə çox isti içkiləri “ehtimal ki, insanlarda kanserogen” kimi təsnif etmişdi.
Son illərdə Cənubi Amerika, Yaxın Şərq və Asiyadan sonra Avropada aparılan genişmiqyaslı araşdırmalar da bu əlaqəni təsdiqləyib. Böyük Britaniyada yarım milyon nəfər üzərində aparılan bir tədqiqatda gündə səkkiz fincandan artıq çox isti çay və ya qəhvə içənlərin, içməyənlərlə müqayisədə qida borusu xərçənginə tutulma riskinin altı dəfə daha yüksək olduğu müəyyənləşdirilib.
Mütəxəssislərə görə, problem içkinin növündən deyil, onun temperaturundan qaynaqlanır. Çox isti mayelər qida borusunun hüceyrələrini yandıraraq zamanla qalıcı zədələnməyə səbəb ola bilər. Bu vəziyyət mədə turşusunun da əlavə ziyan verməsinə yol açaraq xərçəngin inkişafını asanlaşdırır.
Risk yalnız temperaturla bağlı deyil, həm də içmə sürəti və qurtumun böyüklüyü ilə bağlıdır. 65 dərəcəlik qəhvədən alınan böyük bir qurtum qida borusunun daxili temperaturunu 10 dərəcəyə qədər artıra bilər. Bu təkrarlananda isə xroniki istilik zədəsi yarana bilir.
Araşdırmalara görə, qəhvə və çay üçün ideal içmə temperaturu təxminən 58 dərəcədir. Mütəxəssislər bildirirlər ki, içkiləri beş dəqiqə gözlətmək temperaturu 10–15 dərəcə azaldır. Qarışdırmaq, üfürmək, qapağı açmaq və ya bir az soyuq su və ya süd əlavə etmək də içkini daha təhlükəsiz hala gətirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət