“Delta” ştammı böyrəkləri sıradan çıxarır və tromboza səbəb olur”
18:40 11.08.2021
Sağlamlıq
558
”Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası tüğyan edir. İyulun əvvəlində ölkədə “Delta” (“Hindistan”) ştammı aşkar edildikdən sonra vəziyyət gün keçdikcə daha da pisləşir.
“Son 10 gündə koronavirus infeksiyasının dördüncü dalğasını yaşayırıq və yeni yoluxma sayında artım müşahidə olunur”.
Bu barədə Media.Az-a “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib. Onun sözlərinə görə, Avropa Dərman Vasitələri Agentliyi (EMA) bu ilin avqust ayının sonunadək dünya üzrə bütün COVID xəstələrinin 90%-nin məhz bu ştamma yoluxacağını proqnozlaşdırıb.
“Əlbəttə ki, biz dünyanın bir hissəsiyik və bu ştammın Azərbaycanda yayılacağı öncədən proqnozlaşdırılırdı. Ancaq əvvəlki dalğalar zamanı şöbəmizə qəbul edilən reanimasiya xəstələri ilə hazırki xəstələr arasında əhəmiyyətli bir fərq görürük. İndi ağır xəstələrin əksəriyyətində kəskin böyrək çatışmazlığı və tromboz inkişaf edir. Özü də həmin xəstələr xroniki böyrək çatışmazlığından əziyyət çəkməyən şəxslərdir”, - deyə həkim bildirib.
Onun sözlərinə görə, virusun bu növü böyrəklərə son dərəcə mənfi təsir göstərir. Xüsusən də yaşlılar, həmçinin artıq çəki, şəkərli diabet və digər xroniki xəstəliklərə malik olanlar böyük risk altındadır.
“Bilirsinizmi, bu dəfəki COVID dalğası əvvəlki dalğalara nisbətən daha şiddətlidir. Virus nə qədər çox orqana nüfuz etsə, ölüm nisbəti də o qədər yüksək olur. Böyrək kimi həyati vacib bir orqanın vurisa yenik düşməsi müalicə prosedurunu əhəmiyyətli dərəcədə çətinləşdirir. Belə xəstələr hemofiltrasiya, plazmaferez və hemodializdən keçməlidirlər. Ən kritik vəziyyət isə xroniki böyrək xəstəliyi olanlar üçündür. Bu zaman infeksiya onlar üçün ölümcül ola bilər. Təsəvvür edin ki, indi reanimasiya şöbəsində 30 xəstə var, 80%-dən çoxunda artıq kəskin böyrək çatışmazlığı və tromboz inkişaf edib. Bundan əlavə, boş yerlərimiz yoxdur və 25 xəstə ağciyərlərin süni havalandırılması aparatına qoşulub. İngiltərə və Türkiyə üzrə araşdırmalarıma əsaslanaraq deyə bilərəm ki, kritik vəziyyətdə olan və aparata qoşulması tələb edilən xəstələr arasında sağ qalma nisbəti 25-30%-dir. Biz də təxminən eyni vəziyyətdəyik”, - deyə şöbə müdiri qeyd edib.
Emil Qasımov deyib ki, hazırda reanimasiyada olan xəstələrin yaş həddi dəyişməyib, əsasən 50 yaşdan yuxarı vətəndaşlardır. Əlbəttə ki, az hallarda da olsa, 50 yaşdan aşağı xəstələrə də rast gəlinir.
Həkimin fikrincə, pandemiyadan xilas olmağın yeganə yolu peyvənd və üç qızıl qaydaya riayət etməkdir: sosial məsafə saxlamaq, tibbi maska taxmaq və əl gigiyenasına diqqət etmək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə