
Dərman bazarı ilə bağlı SOS! - Şəfa yox, ölüm saçır – Yoxlanılmır!
Yusif Nəzərli
12:39 17.12.2021
Sağlamlıq
834
“Tərkib eyni olaraq qalır. Tərkibdəki minerallarda dəyişiklik olur. Təbii ki, dozanı azaldırlar”
“Alınan dərmanlar təcrübədən keçmədən birbaşa satışa çıxarılır”
Azərbaycanın dərman bazarında olduqca keyfiyyətsiz məhsullara rast gəlinir. İnsana şəfa verməli, xəstəni ayağa qaldırmalı olan dərman onu yatağa, həm də ölüm yatağına məhkum edirsə, bu məsələnin faciəvi sonunu eynəksiz də görmək olar. Sadəcə dəhşət, özü də daha dəhşət! Başqa bir dərddə odur ki, həmin o zəhərə çevrilən dərmanları apteklər olduqca baha qiymətə bazarlayırlar. Nə səbəbi açıqlanır, nə də çıxış yolu. Hətta mövcud problem Milli Məclisdə də müzakirəyə çıxarılıb. Amma işlər elə müzakirə səviyyəsində də qalıb. Əncam çəkilmir. Nə etməli?

Sualımıza cavab tapmaq üçün Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı ilə əalqə saxlaıdq. O “Sherg.az”a bu problemin ölkəmizdə uzun müddətdir mövcud olduğunu söylədi:
“Məsələ zaman-zaman müxtəlif səlahiyyətli insanlar, tibbi nümayəndələri tərəfindən təhlil olunub. Azərbaycanda "Alman apteki" adlı əczaçı mövcuddur. Oradan alınan dərmanlarla bizim adi apteklərdən alınan dərmanlar arasında fərq xəstəliyin kritik gedişatındakı xüsusiyyətlərinə görə özünü büruzə verir. Ölkədə xarici dərman şirkətlərinin nümayəndəlikləri var. Onlarla müqavilələr bağlanılır. Həmin məsələ bu mərhələdən başlayaraq həll olunmalıdır. Baxılmalıdır ki, dərmanın tərkibi nədir, hansı minvaldadır. Praktik həkim olaraq fikrim budur ki, bilərəkdən, yaxud bilməyərəkdən yanlışlıqlar edirlər. Tərkib eyni olaraq qalır. Tərkibdəki minerallarda dəyişiklik olur. Təbii ki,dozanı azaldırlar”
Həkim dərmanlardan gözlədiyimiz effekti niyə əldə edə bilmədiyimizi açıqlayıb:
“Farmakopeya ilə məşğul olan təşkilatlar var. Onlardan gələn dərman laboratoriya yoxlanışdan keçməlidir. Məsələn, sovet dövründə hər hansısa dərman dövriyyəyə buraxılanda 1-2 il, hətta 3 il SSRİ-nin görkəmli alimi Nikolay Trapeznikovun klinikalarında analiz edilirdi. Xəstələr üzərində təcrübədən keçirdi. Kontrol və müayinə olunurdu. Baxılırdı ki, dərmanlar xəstələrdə özünü necə büruzə verir, necə dəyişiklik olur. Səlahiyyətli şəxslərin rəyindən sonra bütün proses Moskvada çıxan jurnallarda qeyd olunurdu. Həkim olaraq biz də məlumat ala bilirdik. Təəssüf, bizdə belə şeylər nəzərə alınmır. Birbaşa satış mərhələsinə keçilir”
O, dərmanların saxlanma şəraitindən bəhs edib:
“Azərbaycandakı dərmanların həm təsir mexanizması zəifləyib, həm tərkibi dəyişib. Onların saxlanma şəraitinə fərqli meyarlarla fikir verməliyik. Yolda hansı şəraitdə gətirilir, diqqət etməliyik. Bəzisi soyuducuda qalmalıdır,bəzisi qaranlıq şərait tələb edir. Aptekdə günəş şüası dərmanlara düşməməlidir. Dərmanla bağlı proses bir neçə mərhələdən ibarətdir: Dərmanın hazırlanması, gətirilməsi, çatdırlıması, saxlanılması, ən sonda da xəstənin dərmanı evdə həkim reseptiylə doğru istifadə etməsi və.s. Hansındasa, düzgün əməl edilməyən nə isə olsa, dərmanın tərkibi dəyişmiş olur. Diqqətli olmalıyıq”
Ş.Namazlı dərmanların baha olduğunu vurğulayıb:
“Doğrudan da, dərmanlar bahadır. Həm baha, həm keyfiyyətsizdir. Lakin bu həkimlərin yox, səlahiyyətli şəxslərin nəzarət edə biləcəyi bir sahədir".
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət