
Duzlu çay mübahisəsi: "Amerikadan öyrənəcəyimiz heç nə yoxdur" - İlber Ortaylı
Yusif Nəzərli
11:24 27.01.2024
Sağlamlıq
769
ABŞ-ın kimya professoru Mişel Franklın çaya bir çimdik duz əlavə etmək lazım olduğu barədə açıqlaması İngiltərədə ən çox müzakirə olunan mövzu olub.
Sherg.az türk mediasına istinadən cəbər verir ki, rizəlilər müzakirəyə qatıldıqdan sonra Prof. Dr. İlber Ortaylı da reaksiya verib.
ABŞ-da kimya professoru Mişel Frankl özünün “Dəmlənmiş çayın kimyası” kitabının tanıtımı üçün yaydığı press-relizlərdə “mükəmməl dəmləmə” üçün çaya duz əlavə etməyi təklif edib.

Bu açıqlama mübahisə doğurub, rizəlilər də müzakirəyə qatılaraq türk çayını müdafiə ediblər.
Rize Ticarət və Çay Birjasının sədri Mehmet Ərdoğan kimya professoru Franklın acılığı aradan qaldırmaq üçün çaya duz əlavəsi tövsiyə etməsinin səbəbini tərkibindəki əlavələrin olması ilə əlaqələndirib.
"İngiltərə və Amerikadakı dostlarımıza tövsiyəmiz odur ki, acı çay içməyi dayandırsınlar və gəlib kefli, içməli, keyfiyyətli türk çayı içsinlər. Çayı yumşaltmağa, bərkitməyə ehtiyac yoxdur. Türk çayı içsinlər., dünyanın ən təbii, ən keyfiyyətli çayıdır. Ona heç nə qatılmır".
Çay Çarşısının baş direktoru Həsən Öndər: "Dünyanın heç bir yerində çaya duz qatdıqlarını görməmişəm, eşitmişəm. Məndə belə bir təəssürat yaranmışdı ki, sanki dünyanın dadını-duzunu pozduqları kimi, çayımızın da dadını korlayacaqlar. Çaya heç nə qatmırsınız, hətta istifadə etdiyiniz suyun əhəngsiz və adi olmasına da diqqət yetirməlisiniz.”
Bütün bunlardan sonra tarixçi prof. Dr. İlber Ortaylı da məsələyə münasibətini bildirib:
“Amerikadan çay içməyi öyrənməyəcəyik. Amerikalılar çayı, qəhvəni bilmirlər. Kimya professoru olmasının fərqi yoxdur. Çay ləzzətli içkidir. Mən də onu sevirəm və şəkər əlavə etmədən içirəm. Duzlu çayı çoxdan hazırlayanlar var. Amma şəkərli çay qədər zərərlidir. İngilislər çay biznesini bilirlər. İngilislərlə çaydan danışacaq son insanlar amerikalılardır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya