Fransada məhkəmə ilk dəfə uzun illər stüardessa işləyən qadının döş xərçənginin peşə fəaliyyəti ilə əlaqəli olduğuna qərar verib.
Sherg.az xəbər verir ki, 59 yaşlı “Air France” əməkdaşı Sofi Leno xəstəliyinin iş şəraitindən qaynaqlandığını əsas gətirərək məhkəməyə müraciət edib.
Bayonne şəhərindəki məhkəmə kosmik radiasiyanı, passiv siqaretçəkməni və uzunmüddətli gecə növbələrini stüardessalar üçün xərçəng riskini artıran amillər kimi tanıyıb.
Leno 1989–2019-cu illərdə 12 600 saat uçuş həyata keçirib və uçuşlarının yarıdan çoxu gecə saatlarına təsadüf edib.
Qərarın aviasiya sahəsində oxşar risklərə məruz qalan digər işçilər üçün də presedent yaradacağı bildirilir. Məhkəmə qərarından sonra Leno erkən təqaüdə çıxa və müalicə xərcləri Fransanın səhiyyə sistemi tərəfindən qarşılanacaq.