Kardioloq gecə 6 saatdan az yatmağın yüksək qan təzyiqi riskini artıra biləcəyini bildirib.
Sherg.az xəbər verir ki, Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının kardioloqu, dosent doktor Emrah Özdemir yuxu zamanı ürək döyüntülərinin və qan təzyiqinin təbii şəkildə azalmasının gözlənildiyini deyib.
Onun sözlərinə görə, yuxunun davamlı olaraq qısa olması bu prosesə mane ola, stress hormonlarını artıraraq ürək-damar sisteminə mənfi təsir göstərə bilər.
Həkim həmçinin gecə tez-tez oyanma, yuxuya getməkdə çətinlik, xoruldama və yuxu apnesinin yuxu keyfiyyətini poza biləcəyini vurğulayıb.
“Davamlı olaraq 6 saatdan az yatan, səhərlər yorğun oyanan və ya yüksək təzyiq problemi olan şəxslər yuxu rejimlərini nəzərdən keçirməlidirlər. Lazım gəldikdə mütəxəssisə müraciət etmək vacibdir”, – deyə Özdemir bildirib.