Geri qalırıq...
07:06 28.07.2021
Sağlamlıq
586
Vaksinasiya prosesini sürətləndirmək üçün görüləsi xeyli işlər var
"Daha məqsədəuyğun olardı ki, iri ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın"
"Vaksinasiya prosesinin tam elektronlaşdırılmasına ehtiyac var”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov şəxsi feysbuk hesabında yazıb. O qeyd edib ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər: "Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 4 milyon 564 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 1 milyon 910 min nəfərdir. Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb. "Bloomberg"in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 19.1 faizi hər iki doza peyvənd olunub. Göründüyü kimi, tam vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də birinci olsa da peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 faizlik tövsiyəsindən aşağıdır".
V.Bayramov əlavə edib ki, yeni qaydaların tətbiqində məqsəd vaksinasiya prosesini sürətləndirməkdir:
"Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha da gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Əvvəlla, daha məqsədəuyğun olardı ki, iri ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın. Bu, prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar. Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədəuyğun olardı. Bütün bunlar vaksinasiya prosesinin sürətləndirilməsinə dəstək ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya